Türkiyənin ən yüksək dağı olan Ağrıdağın zirvəsi bu günlərdə ecazkar bir görkəm alıb. Ölkənin Doğubəyazit bölgəsində yerləşən dağın dəniz səviyyəsindən 5137 metr hündürlükdəki zirvəsi sanki şaxta-borandan qorunmaq üçün başına bəyaz papaq geyinib. Əfsanələriylə məşhur olan Ağrıdağ, gün batanda gözə çarpan, işıq effekti ilə bir az da əsrarəngiz hal alan, buludlara dayanan qarlı-buzlu zirvəsinin bu görüntüsü ilə sirr dolu aləm olduğunu nümayiş etdirir. Yaxın kənd və qəsəbələrin sakinləri də “Ağrıdağ şaxtadan kepka taxıb” deyirlər.