Çində iki çayın kəsişməsində hündürlüyü 100 metr olan unikal bina-qüllə inşa ediləcək. Layihə üzərində “RMJM” arxitektura şirkətinin memarları çalışırlar. Orijinal görünüşlü binanın aşağı hissəsində restoran, kafe və 2 kiçik mağaza nəzərdə tutulur. Qüllənin ortasında müxtəlif təyinatlı ictimai yerlər, istirahət zonaları və konfrans zalı yerləşəcək. Binanın ən yüksək nöqtəsi isə ətrafı seyr edənlər üçündür. Bina gecələr divarlara quraşdırılmış işıq diodları vasitəsilə effektiv işıqlandırılacaq.