Dünyada ümumilikdə 6 mindən artıq dil, o cümlədən müxtəlif dialektlər mövcuddur. Onların bir çoxu barədə maraqlı fakt söyləmək olar. Məsələn: 
-  Eston dilində ismin 14 halı var.
-  Kambocada kximer əlifbası 76 hərfdən ibarətdir.
-  Vyetnamda əsasən sedanq dilindən istifadə olunur. Bu dildə 50 sait var.
-  Fransa ilə İspaniya arasındakı ərazilərdə yaşayan basklar yaxın ölkələrin dillərinə bənzəməyən və ümumiyyətlə, heç bir hind-Avropa dil ailəsinə aid olmayan bask dilində danışırlar.
-  Çin yazısında heç bir durğu işarəsi yoxdur.
-  Abxaz dili cəmi iki saitə və 60 samitə malikdir.
-  İndoneziya dilində sözün təkrarı cəm bildirir. Məsələn, “babi” donuz deməkdir, “babi-babi” isə donuzlar mənasını verir.
-  Bir vaxtlar çox oxşar olan xorvat və serb dilləri eyni dil sayılırdı. Lakin xorvatlar latın, serblər isə kiril əlifbası ilə yazırlar. 
- İngiltərədə fransız dili hələ 6 əsr əvvəl rəsmi dil kimi tanınırdı.
- İllinoys ştatının qanunları danışıqda ingilis dilindən istifadəni qadağan edir. Bu ştatda rəsmi dil amerikan dili sayılır.