Fransanın cənubunda məşhur Şove (“Grotte Chauvet”) mağarasındakı qədim rəsmlər kütləvi ziyarətlər üçün açılacaq. Gələn həftə ölkə Prezidenti Fransua Olland UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilmiş mağaradan bir qədər aralı yerləşən məkanın açılışında iştirak edəcək. Aprelin 25-də bura ictimaiyyət üçün də açılacaq. Artıq ziyarətçilər üçün 40 min bilet satılıb.
Qeyd edək ki, mağara 1994-cü ildə üç həvəskar arxeoloq tərəfindən tapılıb. Buradakı rəsm əsərlərinin 36 min yaşı var. Tarixi əsərləri qorumaq üçün mağara elə həmin vaxtdan etibarən ictimaiyyətə qapalı elan edilib.