Kosmosdan görünən ən möhtəşəm sənət əsəri

Dünya şöhrətli qeyri-adi rəssamlar Aleksandra Stratou və Stella Konstantinidesin ikiillik əməyinin nəticəsində ərsəyə gələn "Səhranın nəfəsi" adlı əsər möhtəşəm görünüşü ilə izləyiciləri valeh edir. 18 il keçməsinə baxmayaraq öz mədəni koloritini hələ də itirməyən bu qum əsər kosmosdan cazibədar görünür.
Möhtəşəm görünüş günümüzədək öz gözəlliyini itirməyib, zaman və küləklər onu ram edə bilməyib. Qum konuslardan yaradılmış və 100 min kvadratmetr ərazini əhatə edən bu əsər üzərində iş 1997-ci ilin martında başa çatıb.