Londonun Sautvork bələdiyyəsinin təşəbbüsü ilə şəhərdə yeni memarlıq üslubunda qalereya binası inşa olunub. “Teyt Modern 2” adlanan 11 mərtəbəli qalereyanın ziyarətçilərinin sayı qısa müddətdə 2 milyondan 4,5 milyona çatıb. Bu isə iş adamlarını həmin ərazidə sərgi meydançalarını genişləndirməyə sövq edib. Piramidaya bənzər binanın 10-cu mərtəbəsində restoran fəaliyyət göstərir. Layihə hökumətin 50 milyon funt sterlinqlik qrantı da nəzərə alınmaqla, ümumilikdə 215 milyon funt sterlinqə başa gəlib.
Qalereya Londonun ən gözəgəlimli binalarından hesab olunur.