Litvanın paytaxtı Vilnüsdə keçmiş SSRİ dövründən qalan son heykəllər də sökülüb. Vilnüs şəhər bələdiyyəsi heykəllərdə iri çatların əmələ gəldiyini və yoldan keçənlər üçün təhlükə yaradacağını səbəb göstərərək heykəllərin sökülməsi qərarını verib.
Qeyd edək ki, Neris çayı üstündəki Yaşıl körpüdə əsgər, işçi, cütçü, məktəbli təsviri olan və 1952-ci ildə ucaldılan abidələr sovet dövrünün ən əhəmiyyətli heykəltəraşlıq əsərləri kimi xatırlanırdı.