Yaponiyanın Naqasaki bölgəsində yeni açılan beşulduzlu “Henn-na Hotel”də müştərilərə robotlar xidmət göstərəcək. Yapon dilində “Qəribə hotel” mənasını verən, 72 otaqdan ibarət mehmanxanada tamamilə günəş enerjisindən istifadə olunur. 2016-cı ildə hotelin 72 otaqlı daha bir korpusu istifadəyə veriləcək.