Bugünlərdə Parisdə, UNESCO-nun mənzil-qərargahında keçirilən iclasda beynəlxalq ekspertlər komitəsi tərəfindən Qvineya Respublikasının paytaxtı Konakri 2017-ci ilin “Dünya kitab paytaxtı” elan edilib.
UNESCO-nun baş direktoru deyib: “Təhsil və qiraət insan həyatının əsas cəhətləridir. Qvineya Respublikasının kitabların populyarlaşmasına və savadlılığın artmasına verdiyi böyük töhfə onun mədəniyyəti və təhsili inkişafın və bərpanın hərəkətverici qüvvələri hesab etdiyini təsdiqləyir. UNESCO bu səyləri dəstəkləmək əzmindədir".
Qeyd edək ki, hər il kitab sənayesinin üç əsas bölməsini təmsil edən beynəlxalq təşkilatlar - Beynəlxalq Naşirlər Assosiasiyası, Beynəlxalq Kitab Ticarətçiləri Federasiyası və Beynəlxalq Kitabxana Assosiasiyaları və İdarələri Federasiyası bütün il ərzində kitab paytaxtı adını daşıyacaq şəhəri seçirlər.