Amerika Milli Aerokosmik Agentliyinin (NASA) Marsdakı "Curiosity" kəşf robotu qırmızı planetdə təxmin edildiyindən daha çox su tapıldığını təyin edib.
Yeni kəşfin Marsda həyat əlaməti ehtimalını gücləndirdiyi bildirilir.
“Curiosity"nin Bukskin qayalığında hidrogen və su molekullarının izini axtardığı qazma işində Mars səthinin bir metr altında indiyədək olan su molekulu sıxlığının üç ilə dörd qatı miqdarında su molekuluna rast gəlindiyi qeyd edilib. NASA səlahiyyətliləri bunun Marsda təxmin edildiyindən daha çox suyun tapıla biləcəyini bildirirlər. Planetdə 3 ilini tamamlayan "Curiosity" kəşf robotu Şarp dağı və ətrafında olan qayalıqlarda nümunə toplama işlərinə davam edir.