Rusiya Federasiyasının Altay Respublikasında qızıl və qiymətli əşyalarla dolu araba tapılıb. Xəbər verilir ki, araba Altayın Çemal rayonunda gölün dərinliyindən çıxarılıb.
Arxeoloqların rəyinə görə, bu tapıntı 1918-1919-ci illərdə general Kolçakın hakimiyyəti dövründə Sibir hökumətinin ehtiyat kimi saxladığı qızılların bir hissəsidir. Alimlər bu sərvəti general Andrey Bakiçin arxivdə saxlanan əlyazmaları əsasında müəyyənləşdiriblər. O, yazılarında qiymətli əşyaları təsvir edib və onun təxmini yerini göstərib.
Tədqiqatçılar tapıntıların dəqiq yerini və nədən ibarət olduğunu gizli saxlayırlar, çünki xəzinəaxtaranlar orada qazıntılar apara bilərlər. Arxeoloqlar bununla əlaqədar Çemal rayonunun hökumətindən lazımi ölçü götürməyi xahiş ediblər.