Arxeoloqlar Yunanıstanın cənubunda tədqiqatlar zamanı Sparta vilayətində miken sivilizasiyasına aid qədim sarayın xarabalıqlarını tapıblar. Bu xarabalıq bizim eradan əvvəl XVII-XVI əsrlərə aid edilir.
Arxeoloji qazıntı zamanı sitayişlə əlaqədar olan gil heykəlciklər, qılınclar, mozaika parçaları və digər maddi mədəniyyət nümunələri aşkarlanıb. Arxeoloji materiallar miken inancları və əhalinin dil sistemləri haqqında yeni məlumatlar əldə etməyə imkan verəcək, eləcə də həmin dövrdə bölgənin siyasi, inzibati, iqtisadi və sosial təşkili üzrə gələcək tədqiqatlara kömək edəcək.