Filippində çoxfunksiyalı göydələn inşa olunacaq

“Century City Development Corporation” memarlıq şirkətinin layihəsi ilə Filippinin Manila şəhərində göydələn inşa olunacaq.
Memarlıq baxımından gözəl görünüşə malik yaşayış binası həm də bir çox əlavə funksiyaları özündə birləşdirəcək. Buradakı 220 mənzil öz xarakteristikasına görə bir-birindən kəskin şəkildə fərqlənir. Onların sahəsi 57 metrdən 435 metrədək dəyişir.
Layihəyə əsasən, binanın 1-ci mərtəbəsində 1-dən 6-dək mənzil yerləşə bilər. Göydələnin 1-ci mərtəbəsində restoran, 4-cü mərtəbədə kitabxana və videosalon, eyni zamanda biznes mərkəzi açılacaq. Binanın 29 və 30-cu mərtəbələrində fitnes mərkəzi, spa-salon işləyəcək, həmçinin burada böyük hovuz tikiləcək.