Çilidə tikilməkdə olan böyük teleskopun bir hissəsini 3,2 qiqapikselli kamera təşkil edəcək və obyektiv üçün əlçatmaz olan ulduzların şəkillərini çəkməyə imkan verəcək. Böyük teleskopun kamerası əvvəlkilərdən daha iri olacaq. Yığılmış halda kameranın çəkisi üç ton ağırlığındadır.
Alimlərin fikrincə, yeni kamera indiyədək Yerdən çəkilə bilməyən milyardlarla kosmik obyekti 10 il ərzində təsvir etməyə imkan verəcək. Kamera çəkdiyi şəkillərin 6 milyon qeqabaytlıq arxivini yaradacaq. Bundan əlavə, kamera vasitəsilə hələ insanların görmədiyi kosmosa aid filmlər də çəkiləcək. Yaxın günlərdə kameranı quraşdırmaq üçün materiallar hazırlanacaq. Cihaz beş ildən sonra sınaqdan keçəcək.