180 metr hündürlükdə şüşə körpü

Çinin Hunan əyalətində yerləşən “Shiniuzhai” milli parkında dünyanın ən uzun şüşə körpüsü açılıb. “Haohan Qiao” (“Cəsarət körpüsü”) adı verilən 300 metr uzunluğa malik körpü yerdən 180 metr hündürlükdə, Daş Budda dağının iki zirvəsi arasında çəkilib.
Əvvəl onun yerində taxta körpü olub. Ötən il ona əlavə edilən şüşə seksiya insanların çox xoşuna gəldiyindən körpünü tamamilə şüşədən düzəltmək qərara alınıb. Körpünün inşasında 24 millimetr qalınlığında şüşə elementlərindən istifadə olunub.
Çinin elə həmin vilayətində “Haohan Qiao”nun titulunu əlindən alacaq daha bir körpü tikilir. Yeni körpünün uzunluğunun 380 metr olacağı bildirilir.