Məşhur ispan rəssamı Pablo Pikassonun nəvəsi Marina Pikasso babasının 180-dək rəsm və heykəltəraşlıq əsərini hərraca çıxardıb. Bu əsərlər uzun illər dahi rəssamın emalatxanasında saxlanılıb və heç vaxt ictimaiyyətə nümayiş etdirilməyib.
“Sotheby"s” hərrac evində ümumilikdə 70 heykəl və 106 rəsm əsəri satışa çıxarılacaq. Pikassonu rəssam kimi tam qiymətləndirməyə imkan verən bu əsərlərin qiyməti 4-180 min funt sterlinq ətrafındadır.
Hərrac fevralın 5-də Londonda keçiriləcək.
Qeyd edək ki, ötən ilin mayında Pikassonun “Əlcəzairli qadınlar” rəsm əsəri Nyu-Yorkda keçirilən hərracda 179, 365 milyon dollara satılaraq dünyanın ən bahalı incəsənət əsəri olub.