Yaponiyalı mühəndislər dünyanın ən hündür göydələnini inşa etməyə hazırlaşırlar. Layihə üzrə 1700 metr hündürlüyündə göydələn inşa ediləcək. Bu, hələlik dünyanın ən yüksək binası sayılan Dubaydakı məşhur “Bürc-Xəlifə”dən iki dəfə hündür olacaq. 2045-ci ildə tamamlanması nəzərdə tutulan meqalayihə çərçivəsində inşa olunacaq göydələn isə “Sky Mile Tower” adlandırılacaq.
Qeyd edək ki, indiyədək dünyanın ən böyük göydələni olan “Bürc-Xəlifə”nin tikintisi 2004-2009-cu illərdə həyata keçirilib. 2010-cu ildə binanın açılışı olub. Əvvəllər “Bürc-Dubay” adlandırılan 165 mərtəbəli bu möhtəşəm tikilinin hündürlüyü 828 metrdir. Binanın 150-ci mərtəbəsindən sonrakı hissələrinin tikintisində polad konstruksiyalardan istifadə olunub.