Los-Ancelesdə 9-cu dəfə keçirilən IDA beynəlxalq dizayn yarışmasında türkiyəli dizayner Arda Aktaş birinciliyə layiq görülüb. Qrafika və dizayn sahəsində bir sıra milli və beynəlxalq festivalların mükafatçısı “Günah” (The Sin) adlı filmin afişası ilə qalib adını qazanıb.
52 ölkədən 1000-dən çox sənət və səhnə əsərinin yarışdığı festivalda Arda Aktaşın eyni nominasiya üzrə 33-cü İstanbul Film Festivalının “Ən yaxşı ilk film” mükafatını qazanan “Nərgiz xanım” ekran işinin afişası ikincilik və ötən mövsüm teleekranlara çıxan “Eşkiya dünyaya hökmdar olmaz”ın afişası isə üçüncülük dərəcəsi alıb.
Yerli və xarici xeyli sayda film və serialın afişasında imzası olan 1985-ci il təvəllüdlü Arda Aktaş “Eşq təsadüfləri sevər”, “Delibal”, “Möhtəşəm yüz il” kimi məşhur ekran işlərinin vizual dizayneri olub.