Martın 1-də yurdumuz ilaxır çərşənbələrdən ikincisini - Od çərşənbəsini qeyd etdi.
Od çərşənbəsinə el arasında üskü (tonqal) və ya ocaq çərşənbəsi də deyirlər. İnanclara görə, insan odu nə qədər əzizləsə, bir o qədər yüngül olar, çətinlikləri azalar. El arasında deyilənə görə, od çərşənbəsində ocağı yandırıb, qazanı qaynatsan ilin sonuna qədər “ocağın yanar, qazanın qaynar” olar. Bir sözlə, ruzi-bərəkətin bol olar.
Od çərşənbəsinə və oda aid bir çox atalar sözləri və məsəllər də var: “Odu su ilə söndürmək olmaz”, “Od çərşənbəsində ocağı boş qoymazlar”...
Beləcə, Novruzun müjdəçiləri çərşənbələrdən ikisini (su və od) arxada qoyduq. Bayrama iki çərşənbə (yel və torpaq) qaldı...







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar