QƏTLİAMÇI MİLLƏTİN GÜRCÜSTANDA TÖRƏTDİKLƏRİ SOYQIRIM AKTLARI
   
   əvvəli ötən sayımızda
   
    Xatırladaq ki, digər bölgələrimiz kimi, Borçalı mahalı da 1918-ci ildə etnik təcavüzə məruz qalmışdır. 1918-ci ildə Borçalıya soxulan Andronikə məxsus quldur dəstələr Dirnik kəndi tərəfdən Qızılhacılıya hücum etmişdir. Əslən Borçalı mahalının Qızılhacılı kəndindən olan Cöyrə oğlu Qara onların qabağını saxlamış, düşmən itki verib geri qaçmağa məcbur olmuşdur. O zamankı qanlı döyüşlərdən biri də “Bolus döyüşü” adlanırdı və indiki Bolnis uğrunda gedən döyüş idi. Quldur və qaniçən Andronik 800 nəfərlik silahlı qüvvə ilə Bolnisə hücum etdikdə, Xaçın kəndinin erməniləri də onlara qoşulmuşdu. “Cöyrə oğlu Qara Qızılhacılıdan İsrafil ağanın köməyinə gəlmişdi: Ağ çərkəzi paltarda, ağ atın belində olan Cöyrə oğlu Qaranı görəndə, ermənilərin bir hissəsi silahlarını ataraq qaçmışdı. Yel dağı yaxınlığındaki vuruşmada Cöyrə oğlu Qaranın dəstəsi Axalkələkdə, Sağamoyda, Boqdanovkada azğınlıq edən erməni dəstəsini darmadağın etmişdi...”
   Bu vətənsevər qəhrəman - Cöyrə oğlu Qara da daşnaklara qarşı fəaliyyətinə görə sovetlər zamanında -1928-ci ildə həbs edilərək, 1929-cu ildə öldürülür.
   “Hardan alaq Cöyrə oğlu Qaranı,
   Çəkə xəncərini, kəsə aranı”
    - deyimi ilə o ellərin Qaçaq Nəbisi kimi yaddaqalan bu xalq qəhrəmanının ailəsini də (1933-cü ildə) Qazaxıstanın Akmolinsk vilayətinə sürgün edərək Gürcüstanda vəzifədə olan erməniləri ondan intiqam almışdılar (3: s. 286).
    1918-ci ilin iyunundan etibarən Borçalıda müsəlman qırğınlarının səngimə dövrü isə Türk İslam Ordusunun Qars - Gümrü - Cəlaloğlu xətti ilə bu bölgəyə daxil olması sayəsində başlamışdı…
   
   QARAYAZI HADİSƏLƏRİ

   
   1840-cı il aprelin 10-da Cənubi Qafqazdakı inzibati islahat haqqında qanunla ərazi quberniya və qəzalara bölündü.
   Qarayazı və Borçalı distansiya (distansiya - müsəlman türklərlə, xristian qeyri-türklərin birgə yaşadıqları əraziyə o zaman verilmiş inzibati addır), türklərin yaşadığı Zaqatala isə dairə şəklində Tiflis quberniyasına daxil edildi. Tiflis quberniyasına aid Şirak və Eldar çölləri Qazax və Sığnax qəzaları arasında bölündü.
   1846-ci ildə Borçalı qəzaya çevrildi və Qarayazı, Qaraçöp Borçalıdan ayrıldı. Qarayazı nahiyə kimi Tiflis, Qaraçöpsə Sığnax qəzalarına aid edildi (1: s. 128).
   Qafqazın işğalından sonra çarizmin müxtəlif inzibati-ərazi dəyişiklikləri etməsinin kökündə, heç şübhəsiz, türk inzibati vahidliklərini pozaraq, istər erməni, istərsə də rusların köçürülməsindən də istifadə edərək türk toplumunun birlik və mobillik potensialına ölümcül zərbələr vurmaq məqsədi dayanırdı. Yerli əhali isə çar Rusiyasının müxtəlif təzyiq vasitələrinə, erməni-gürcü millətçilərinin antitürk hiylələrinə baxmayaraq öz “mən”ini, qismən də olsa, qorumağı bacarırdı. Əlbəttə, öz vətənpərvər oğulları - Qazağın Şıxlı kəndindən olan (Rusiyada ömürlük sürgünə məruz qalmış) ziyalı Mustafa Ağa Arif (1774-?) 1915 -ci ildə rus cəza dəstələrini və onların yerli satqın qoçularını dağlarda, Qarayazı meşələrində qırıb-çatan və taleyi Tiflisdə dar ağacı ilə yekunlaşan Qaçaq Kərəm, Qaçaq Nəbi və V.L.Veliçkonun “Qafqaz” əsərində ələkeçməz qaçaq, xalq arasında ədalətsizliyə qarşı savaşçı kimi ad və nüfuz qazanan Halay bəy Mursaqulov, Qaçaq Cahangir kimi igidlərinin sayəsində.
   Qeyd edək ki, Qarayazı və Borçalı distansiyalarında türklər çoxluq, gürcü və ermənilər azlıq təşkil edirdi (1: s.129-130; 2: s.35).
   Ancaq istər ermənilər, istərsə də çarizm, velikorus şovinizmi türk ulusunun bel sütununu sındırmaq üçün yeni zaman fürsəti, tarixi şərait gözləyir və bu məqsədlə hər cür hazırlıqlarını tamama yetirirdilər.
   Nəhayət, 1905-ci ilin payızında Borçalı, Qarayazı, Tiflis, Qazax və Qaraxaç yaylaqları tərəfdə ermənilərin təşəbbüs və təcavüzləri müqabilində erməni-azərbaycanlı münaqişələri baş verdi. 1905-ci ildə ermənilər Qazağı yandırıb Şıxlı kəndinə saldırdılar.
   O hadisələrin şahidi mərhum Allahverdi kişi deyirdi ki, o tay Şıxlıya erməni hücumu zamanı Qarayazıdan-Nəzərlidən, Kosalıdan xeyli sayda könüllü Kürün Gəmiqayası deyilən hissəsindən keçərək soydaşlarına yardıma getmişlər.
   Qarayazıya aid Vayofka kəndində də erməni-müsəlman toqquşması olmuş, nəticədə ermənilərə layiqli “dərs” verilmişdir.
   Bədənlərində erməni gülləsinin və ya süngüsünün izini daşıyan Qarayazı ağsaqqallarının şahid ifadələrinə görə, ermənilər silahsız azərbaycanlı əhalisini - qoca, uşaq və qadınları min bir əzabla vəhşicəsinə qətl edirdilər, ancaq elə ki açıq döyüş başlayırdı, müqavimət göstərilirdi, o zaman ermənilər pərən-pərən düşürdülər.
   1905-ci ilin 20-24 noyabr aralığında Tiflisdə ermənilər əllərinə keçən azərbaycanlıları, o sıradan Cənubi Azərbaycandan gəlmiş, şəhərdə fəhləliklə başını dolandıran zavallı soydaşlarımızı xəncərlə doğrayır, körpüdən Kürə atır, qarşılarına çıxan şəhər sakinlərini hamının gözü önündə vəhşiliklə məhv edirdilər. “Ən dəhşətli toqquşma azərbaycanlı Şeytanbazar və erməni Avlabar (Hallavar) məhəllələrində olmuşdur. Bu toqquşmada Tiflisə yaxın Qarayazı kəndlərindən-Soğanlıqdan, Qaracalardan, Təhlə və Qaratəhlə kəndlərindən, hətta Qaratəpədən çoxlu könüllülər Şeytanbazarda yaşayan soydaşlarına köməyə gəlmişdilər. XIX əsrdə Türkiyədən köçüb azərbaycanlı Soğanlığı yaxınlığında məskunlaşmış erməni Soğanlığını da azərbaycanlılar erməni vəhşiliyinə cavab olaraq dağıtmışdılar. Erməniləri Qarayazıdan qovmuşdular” (1: s. 130-131).
   1905-ci il hadisələri haqqında M.S.Ordubadi yazırdı: «1905-ci il 20 noyabr axşam saat 9-da şəhərin müsəlman hissəsində atışma baş verib yarım saata qədər davam etdi. Bu atışma əsnasında müsəlmanlar və ermənilər tərəfindən çoxlu tələfat olsa da, bilinmir. Atışma Xarpux və Alavar adlanan yerlərdəki evlərdən baş verirdi...
   1905-ci ilin 21 noyabr xəbərləri. Bu gün təzədən hər tərəfdə erməni-müsəlman arasında atışma baş verib çox şiddətlə davam edilirdi...
   ...İğtişaşın birinci günlərində Mixaylov xəstəxanasının morquna (meyitxanasına - X.İ.) 12 meyit gətirildi. Onların biri erməni övrəti, digəri erməni kişisi, 10 nəfər isə islam şəhidləri idi...
   ...Noyabrın 24-də atışma təkrar başlanıb hər tərəfdən bir çox tələfatlar verildi...»
   M.S.Ordubadinin qeydlərindən aydın olur ki, hər iki tərəfdən, üstəlik gürcülərdən də yaralananlar az olmamış, şəhərdə dağıntı - tələfat aşırı dərəcəyə çatmışdır.
   Bu fürsətdən yararlanan erməni millətçisi, bağırsaq zavodunun sahibi Sərkis iki nəfər silahlı erməni göndərib müsəlman qonşusunun bağırsaq zavodunu yandırmışdı.
   “Müharibə şəhərin 6; 7, bəzən 5; 8-ci sahələrində baş verib bir çox atışmadan sonra erməniləri son dərəcə zəif saldı. Demək ki, müharibə noyabrın 20-dən başlayıb 29-na kimi davam etdi.
   Bu müharibələrdə 24 nəfər erməni qətl olunmuş və bir bu qədər də yaralanmışdı.
   Müsəlmanlardan isə 15 qətl və yaralı olmuşdur” (3: s. 98-100).
   Qarayazı hadisələrini araşdıran V.Ömərli qeyd edir ki, 1917-18 -ci illərdə də ermənilər Borçalı və Qarayazıda türkdilli sakinlərə qarşı yeni vəhşiliklər törətmişdilər.
   O, belə vəhşiliklərdən sonra baş vermiş məşhur Sağamoy döyüşündə qarayazılıların, xüsusən də təhləllilərin igidliyindən, ermənilərə layiqli cavab-dərs vermələrindən də bəhs edir. Və Sağamoy döyüşünün qəhrəmanları olan igid qarayazılılardan Seyidəhmədlidən Seyid Əhməd, Sadıqlı Sarı Bayram, Xallı Söyün və başqalarının (cəmi 80 nəfər) adını nəsillərin unutmamalı olduğunu diqqətə çatdırır.
   Müəllif qeyd edir ki, 1917 -ci ildə Rusiyadakı Fevral inqilabından sonra Qars cəbhəsindən Rusiyaya qayıdan əsgərlərlə birgə gələn ermənilər, Gürcüstandakı alman və gürcü qoşunları, gürcü tavadları, alman və erməni mülkədarları, Türkiyədən qaçmış Andronik dəstələri Dağ Borçalı yaylaqlarında da azərbaycanlılara divan tutmuş, haqsız qətllər törətmiş, soyğun və talançılıq etmişlər. Açıq döyüşlərdə isə azərbaycanlılar ermənilərə müvafiq cavab verməkdə acizlik göstərməmişdilər (1: s. 131).
   Azərbaycan arxivində Gürcüstan azərbaycanlılarının durumu ilə bağlı sənədlərdə də o zaman soydaşlarımızın ağır sınaqlardan keçdiyi, haqsız zülmlərə məruz qaldıqları aydın olur (4).
   Bölgəni işğal etmiş alman komandanlığının müsəlman və xristianlara münasibətdə ayrı-seçkilik siyasəti, müsəlman qırğın və talanlarına şərait yaratmaqdan əlavə, onların şəriət işlərinə müdaxilə etməsi Gürcüstandakı azərbaycanlıları çıxış yolu aramağa sövq etmişdi: İdarəolunma mərkəzi Tiflis olmaqla Türkiyənin himayəsi altında yarımmüstəqil Qarapapaq xanlığının yaradılması və ya Tiflis şəhəri ilə birlikdə tarixi Borçalı, Başkeçid, Qaraçöp, Qarayazı torpaqlarının Azərbaycana birləşdirilməsi. ( 5: s. 65). Əhalinin 88,8-ni təşkil edən qarayazılıların, türk zonası Borçalının 93%-ni təşkil edən borçalıların doğal hüququ idi (5: s. 47).
   Vahid Ömərovun yazdığına görə, ermənilərin Anadolu bölgəsində törətdikləri müsəlman qırğınları və vandalizm nəticəsində Borçalı, Qarayazı və Tiflisə bir çox türk və kürd ailələri pənah gətirmişdilər.
   Müəllif tarixi qaynaqlara və şahid yaddaşına söykənərək bildirir: “... hiylə, xəyanətlə, qəfləti zərbə ilə müvəqqəti uğur qazanan ermənilər Osmanlı türklərinin köməyilə Borçalıda ağır məğlubiyyətə uğradılar. Bu qələbənin çalınmasında yerli bəylərin, ağaların və bütün rəiyyətin əvəzsiz rolu olmuşdur”.
   Müəllifin əsərində, həmçinin Aşağı Qarayazıda (Şıxlıda) yaşayan Ması və Meqi ləqəbli iki qardaşın ermənilərlə savaşda onları ciddi tələfata uğradıb, sonra əsir düşməmək üçün bir-birini güllələməsinin bir şərəfli xatirə kimi elin yaddaşında qaldığından, qarayazılılardan Firudin oğlu Dəli Əhməd (prof. Camal Mustafayevin əmisi), Sarı Alı oğlu Mahmud, Hacıbayramlı Mustafa oğlu Musa (Qurban ağanın böyük qardaşı) və b. igidlərin də Qarayazı ellərinin erməni təcavüzündən xilas olmasında rollarından bəhs olunur (1: s. 134-135).
   Yeri gəlmişkən, Gürcüstan azərbaycanlılarının, türklərinin özünümüdafiəsində böyük təşkilatçılıq fəaliyyəti göstərmiş yazıçı-publisist Ömər Faiq Nemanzadənin xidmətləri də xüsusi qeyd olunmalıdır...
   Erməni iddialarına gəldikdə isə Qara dənizdən Aralıq dənizinə, Qarabağ dağlarından Ərəbistan səhralarınadək “yaradılmalı” olan “Böyük Ermənistan” tərkibinə İrəvan quberniyası, Ərdəhanın şimalı istisna olmaqla Qars vilayəti, “Türkiyə Ermənistanı”nın 7 vilayəti və Kilikiyanın 4 sancağı, Yelizavetpol quberniyasının cənubi-qərb hissəsi və Tiflis quberniyasının cənub yarısı (6: s. 43), yəni Loru, Başkeçid, Borçalı, Qarayazı da daxil “olmalı” idi.
   15,6 min kv.km-lik Azərbaycan torpaqları (Borçalı, Qarayazı, Sığnaq, Şərur-Dərələyəz, Yeni Bəyazid və b.) Gürcüstan və Ermənistanla mübahisəli ərazilər sayılır, milli Azərbaycan hökuməti bu torpaqların ana vətənə qovuşması üçün mübarizəni davam etdirirdi (7: s. 9). Sonrakı dönəmdə Qafqazın zorla bolşevikləşdirilməsi də azərbaycanlıların yeni zorakılıq və repressiya dalğasına məruz qalması ilə nəticələndi və öz dədə-baba torpaqlarında suverenliklərini təmin etmələri qarşısında keçilməz sipər çəkdi (1: s. 134-138).
   
   Xaqani İSMAYIL,
   tədqiqatçı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar