Fevralın 18-dən 28-dək Berlin şəhərində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyi ilə Heydər Əliyev Fondunun “Xocalı uşaqların gözü ilə” sərgisinə daxil olan rəsmlərin nümayişini keçirir.
…
Böyük Britaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Cəmiyyəti fevralın 24-də “Xocalıya ədalət“ kampaniyası çərçivəsində şəhər sakinləri arasında imza toplama kampaniyası keçirib. Bu gün isə soydaşlarımız Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinin parlamentdə lordların iştirakı ilə keçirəcəyi toplantıya qatılacaqlar. Tədbirdə amerikalı yazıçı-jurnalist, son 20 ildə Qafqazdakı münaqişələrlə bağlı araşdırmalar aparan və “Azərbaycan gündəliyi” kitabının müəllifi Tomas Qolts da çıxış edəcək.
Bundan başqa, Azərbaycan diaspor nümayəndələri bu gün Böyük Britaniya parlamentinin binası qarşısında etiraz mitinqi keçirəcəklər.
…
ABŞ-da da soyqırım qurbanlarının xatirəsi müxtəlif tədbirlərlə anılacaq. Amerika-Azərbaycan Şurasının, Azərbaycan Nyu-York Assosiasiyasının, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən anım tədbirlərində Xocalı faciəsinə dair həqiqətlər yerli ictimaiyyətin diqqətinə çatdırılacaq.
…
Türkiyədəki Azərbaycan dərnəkləri də soyqırımın 18-ci ildönümünə həsr olunmuş anım tədbirləri keçirməyi nəzərdə tutublar.
…
Şimali Kiprin Doğu Akdeniz Universitetində burada fəaliyyət göstərən İqtisadi, Mədəni Əməkdaşlıq Mərkəzinin keçirəcəyi anım tədbirində universitetin tələbə və müəllim kollektivi iştirak edəcək.
Bu gün eyni zamanda Hollandiya, Belçika, İsveç, İsveçrə, Danimarka, Çexiya, Moldova, Estoniya, Latviya, Litva, Macarıstan, Rumıniya, Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyi, Misir Ərəb Respublikası, Tailand, Yeni Zellandiya, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Ukrayna və Belarusda anım tədbirləri keçiriləcək.
FƏXRİYYƏ