Azərbaycan
   
   12 may 1907 - Xalq artisti, bəstəkar və pedaqoq Səid Rüstəmov (1907-1983) İrəvanda anadan olub. 1919-cu ildə erməni qırğınları zamanı ailəsilə Bakıya köçüb. Azərbaycanın ilk xalq çalğı alətləri orkestrinin yaradıcısı, musiqi məktəbləri üçün bir çox dərs vəsaitlərinin müəllifidir.
   13 may 1943 - Xalq yazıçısı, dramaturq, dövlət xadimi Elçin (Əfəndiyev) anadan olub. 1993-cü ildən Azərbaycan Respublikası Baş nazirinin müavinidir.
   13 may 1929 - Şair və tərcüməçi Hikmət Ziya (Əfəndiyev Hikmət Ziya oğlu, 1929-1995) anadan olub. Uşaq və gənclər üçün bir çox əsərlərin müəllifidir. 1995-ci il avqustun 2-də vəfat edib.
   
   Dünya
   
   12 may 1812 - İngilis rəssamı, təsviri sənətdə limerika janrının müəllifi Edvard Lir (1812-1888) anadan olub.
   12 may 1842 - Fransız bəstəkarı, lirik operaların müəllifi Jül Massne (1842-1912) anadan olub.
   12 may 1899 - Fransızdilli Belçika şairi Moris Karemin (1899-1978) doğum günüdür.
   12 may 1904 - Latış-sovet yazıçısı, dövlət xadimi Villis Lasis (1904-1959) anadan olub.
   12 may 1907 - Amerikanın əfsanəvi kinoaktrisası, dörd dəfə «Oskar» mükafatına layiq görülməklə tarixə düşən Ketrin Hepbern (Katharine Hepburn, 1907-2003) anadan olub.
   12 may 1909 - Rus şairi və yazıçısı Yuri Dombrovski (1909-1978) anadan olub.
   12 may 1930 - İspan kinorejissoru Xesus Frankonun (Jesus Franco Manera Cao) anadan olduğu gündür.
   12 may 1933 - Tanınmış rus şari Andrey Voznesenski anadan olub.
   12 may 1942 - Amerikanın fantast yazıçısı Barri Lonqierin doğum günüdür.
   12 may 1966 - Amerika aktyoru Stiven Bolduin (Stephen Baldwin) anadan olub.
   13 may 1924 - SSRİ hökuməti (Xalq Komissarları Soveti) kino işinin yenidən qurulması barədə qərar qəbul edib. Qərara əsasən, kino çəkilişi və prokatında inhisarçılıq bütünlüklə dövlətə (Xalq Maarif Komissarlığına) verilib.
   13 may 1934 - SSRİ Yazıçılar İttifaqına ilk üzvlərin qəbulu başlanıb. 1№-li üzvlük bileti yazıçı Maksim Qorkiyə verilib.
   13 may 1840 - Fransız yazıçısı Alfons Dode (Alphonse Daudet, 1840-1897) anadan olub.
   13 may 1842 - İngilis bəstəkarı Artur Sallivan (Arthur Seymour Sullivan, 1842-1900) anadan olub.
   13 may 1851 - Serb realist nəsrinin banisi Laza Lazareviçin (1851-1891) doğum günüdür.
   13 may 1882 - Fransız rəssamı, təsviri sənətdə kubizm cərəyanının banisi Jorj Brak (Georges Braque, 1882-1963) anadan olub.
   13 may 1898 - Tanınmış sovet kinorejissoru, SSRİ Xalq artisti Fridrix Ermler (1898-1967) anadan olub.
   13 may 1923 - Sovet bəstəkarı, bir çox filmlərin musiqi tərtibatçısı İsaak Şvarts (1923-2009) anadan olub.
   13 may 1950 - Məşhur Amerika müğənnisi və bəstəkarı Stivi Uander (əsl adı Stivlend Cadkins Morris - Steveland Judkins Morris) anadan olub.
   13 may 1956 - Məşhur sovet yazıçısı, «Gənc qvardiya» romanının müəllifi, dövlət xadimi Aleksandr Fadeyev (1901-1956) intihar edib.
   13 may 1986 - Əslən belaruslu olan Norveç müğənnisi, 2009-cu il “Eurovision” müsabiqəsinin qalibi Aleksandr Rıbakın doğum günüdür.