Bütün həmkarlarımızı 22 iyul - Milli mətbuat günü münasibətilə təbrik edirik!
   
   1875-ci il iyulun 22-də Azərbaycan milli mətbuatının müjdəçisi olan “Əkinçi” qəzetinin ilk sayı çapdan çıxıb. Bu gün Azərbaycanda Milli mətbuat və jurnalistika günü kimi qeyd olunur. Həsən bəy Zərdabinin rəhbərliyi ilə iki il ərzində cəmisi 56 sayı işıq üzü görən “Əkinçi” qəzeti xalqımızın milli oyanışında mühüm rol oynayıb. Qəzetin maarifçi ideyaları çar Rusiyası hakim dairələrini narahat etmiş və o, 1877-ci ildə bağlanmışdı. "Əkinçi"dən sonra Azərbaycan mətbuatının yeni səhifələrini açan "Ziya", (1879), "Kəşkül" (1880), "Kaspi" (1890) və digər qəzetlər nəşrə başladı.