Azərbaycan
23 iyul 1883 - Ədəbiyyatşünas və publisist Abdulla Ağa Məhəmməd oğlu Məmmədzadə (Abdullla Sur, 1883-1912) Gəncədə anadan olub.
23 iyul 1916 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Maral Rəhmanzadə (1916-2008) anadan olub. Əsərləri Moskvadakı Tretyakov qalereyasında və digər xarici muzeylərdə saxlanılır.
23 iyul 1941 - Müğənni, Xalq artisti Flora Ələkbər qızı Kərimovanın doğum günüdür.
24 iyul 1944 - Şair, publisist Tofiq Cavad oğlu Mahmudov (Tofiq Mahmud) anadan olub.
25 iyul 1935 - Nasir, ədəbiyyatşünas Vasif Nəsib oğlu Əfəndiyev (1935-1997) anadan olub.
25 iyul 1935 - Şair, publisist Məstan Rəsul oğlu Əliyev (Məstan Günər) anadan olub.
26 iyul 1995 - Xalq yazıçısı, ədəbiyyatşünas, publisist, ictimai xadim İsmayıl Şıxlı (22.03.1919-1995) vəfat edib.
27 iyul 1991 - Əməkdar incəsənət xadimi, görkəmli pianoçu, məşhur «Dan ulduzü» instrumental ansamblının qurucusu və rəhbəri Gülarə Əziz qızı Əliyeva (07.10.1933-1991) vəfat edib.
Dünya
23 iyul 1884 - Alman aktyoru, «Oskar» mükafatının ilk laureatı Emil Yanniqs (Emil Jannings, 1884-1950) anadan olub.
23 iyul 1888 - Amerika detektiv yazıçısı Reymond Çandlerin (Raymond Chandler, 1888-1959) doğum günüdür.
23 iyul 1901 - Rus əsilli Fransa rəssamı Jorj Annenkov (Yuri Annenkov, 1901-1974) anadan olub.
23 iyul 1915 - Rus-sovet şairi, bir çox populyar mahnıların sözlərinin müəllifi Mixail Matusovski (1915-1990) anadan olub.
24 iyul 1802 - Fransız yazıçısı, məşhur tarixi və macəra romanlarının müəllifi Aleksandr (ata) Düma (Alexandre Dumas, pere, 1802-1870) anadan olub.
24 iyul 1803 - Görkəmli fransız bəstəkarı («Jizel» və «Korsar» baleti) Adolf Adan (Adolphe Charles Adan, 1803-1856) anadan olub.
24 iyul 1828 - Rus yazıçısı və ədəbiyyatşünası Nikolay Qavriloviç Çernışevskinin (1828-1889) doğum günüdür.
24 iyul 1857 - Danimarka yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1917) laureatı Henrik Pontoppidan (Henrik Pontoppidan, 1857-1943) anadan olub.
24 iyul 1905 - Rus operatoru və kinorejissoru Vasili Pronin (1905-1966) anadan olub.
24 iyul 1931 - İtalyan rejissoru Ermano Olmi anadan olub.
24 iyul 1969 - İspan əsilli Amerika müğənnisi və aktrisası Cennifer Lopesin doğum günüdür.
25 iyul 1905 - Avstriya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1981) laureatı Elias Kanetti (1905-1994) anadan olub.
25 iyul 1929 - Rus yazıçısı, kinorejissor Vasili Makaroviç Şukşin (1929-02.10.1974) anadan olub.
25 iyul 1980 - Məşhur rus bard müğənnisi, şair-bəstəkar, teatr və kino aktyoru Vladimir Vısotski (25.01.1938-1980) vəfat edib.
26 iyul 1856 - Görkəmli ingilis (irland əsilli) yazıçı və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1925) laureatı Corc Bernard Şou (George Bernard Shaw, 1856-1950) anadan olub.
26 iyul 1875 - İsveçrə filosofu, analitik psixologiyanın banisi Karl Qustav Yunq (Carl Gustav Jung, 1875-1961) anadan olub.
26 iyul 1885 - Fransız yazıçısı, psixoloji və bioqrafik romanların müəllifi Andre Morua (əsl adı Emil Erzoq) - (Andre Maurois - Emile Salomon Wilhelm Herzog, 1885-1967) anadan olub.
26 iyul 1894 - İngilis yazıçısı Aldos Haksli (Aldous Leonard Huxley, 1894-1963) anadan olub.
26 iyul 1928 - Amerika kinorejissoru («Spartak», «Lolita») Stenli Kubrikin (Stanley Kubrick, 1928-1999) doğum günüdür.
26 iyul 1959 - Amerika kinoaktyoru, iki dəfə «Oskar» laureatı Kevin Speysi (Kevin Spacey) anadan olub.
26 iyul 1964 - Məşhur amerikalı aktrisa, «Oskar» laureatı Sandra Ballok (Sandra Annette Bullock) anadan olub.
27 iyul 1824 - Fransız yazıçı-dramaturqu Aleksandr (oğul) Düma (Alexandre Dumas fils, 1824-1895) anadan olub.
27 iyul 1835 - İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1906) laureatı Cozue Karduççi (Giosue Carducci, 1835-1907) anadan olub.
27 iyul 1853 - Rus yazıçısı Vladimir Korolenko (1853-1921) anadan olub.
27 iyul 1915 - İtaliya opera müğənnisi, dünya şöhrətli tenor Mario del Monako (Mario del Monaco, 1915-1982) anadan olub.