Azərbaycan
8 oktyabr 1960 - Azərbaycanın Milli Qəhrəmanı Elşad Eynulla oğlu Hüseynovun
(8.10.1960 - 15.6.1992) doğum günüdür.
8 oktyabr 2009 - Görkəmli yazıçı Əlibala Qüdrət oğlu Hacızadə (1935-2009) vəfat edib. 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan yazıçı “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Təyyarə kölgəsi”, “Vəfalım mənim”, “Dünyanı tanı”, “Unutmaq olmur”, “Möcüzə” və digər roman, povest və hekayələrin müəllifi kimi geniş oxucu rəğbəti qazanıb.
9 oktyabr 1946 - Kinooperator, Əməkdar incəsənət xadimi Kənan Məmmədov anadan olub.
9 oktyabr 1971 - Bakıda Abbas Mirzə Şərifzadə adına Aktyor Evi açılıb.
9 oktyabr 1974 - Bəstəkar Vüqar Camalzadənin doğum günüdür.
9 oktyabr 1991 - Azərbaycan parlamenti (Ali Sovet) "Azərbaycan Respublikasının milli özünümüdafiə qüvvələri haqqında" qanun qəbul edilib. 1998-ci ilədək 9 oktyabr Azərbaycanda Milli Ordu günü kimi qeyd olunurdu. Həmin il prezident Heydər Əliyevin imzaladığı fərmanla Silahlı Qüvvələr günü kimi Xalq Cümhuriyyəti ordusunun yaranma tarixi (26 iyun 1918) qeyd olunmağa başlandı.
9 oktyabr 1997 - GUAM təşkilatının yarandığı gündür. Strasburqda Avropa Şurasının zirvə toplantısı çərçivəsində Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova prezidentlərinin görüşündə yeni regional əməkdaşlıq formatının - GUAM-ın yaradılması qərara alınıb. Bununla bağlı dörd ölkənin adından birgə bəyanat qəbul olunub.
10 oktyabr 1911 - Görkəmli ədəbiyyatşünas alim, tərcüməçi, mətnşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Abbas Fəttah oğlu Zamanov (1911 - 1.4.1993) Naxçıvanın Şərur rayonunda anadan olub.
10 oktyabr 1935 - Əməkdar incəsənət xadimi, şair Həmid Məmmədəli oğlu Abbasov (Həmid Abbas, 1935 - 19.11.1999) anadan olub.
10 oktyabr 1935 - Şair, dramaturq Şəkər Mirzə oğlu Aslanov (Şəkər Aslan) (1935 - 13.07.1995) Lənkəran rayonunda anadan olub.
10 oktyabr 1939 - Görkəmli şərqşünas alim, ilk azərbaycanlı qadın-ərəbşünas, elmlər doktoru, professor Aidə İmanquliyeva (1939-19.9.1992) anadan olub. 1991-1992-ci illərdə Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində çalışıb.
11 oktyabr 1935 - Şair İsgəndər Aslan oğlu Axundov anadan olub.
11 oktyabr 1938 - Yazıçı, ssenarist (“Qara gölün cəngavərləri”), tərcüməçi Emil Ağayevin doğum günüdür.
11 oktyabr 1959 - Kinooperator Rövşən Quliyev anadan olub. 1977-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Bir sıra bədii və sənədli filmlərin quruluşçu operatorudur.
11 oktyabr 1983 - Görkəmli nasir, Xalq yazıçısı Süleyman Rəhimov (1900-1983) vəfat edib. "Şamo", "Saçlı", "Mehman", "Medalyon", "Qafqaz qartalı" və s. əsərləri ilə Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutur.
12 oktyabr 1813 - Rusiya ilə İran arasında müharibənin (1804-1813) başa çatması ilə bağlı Gülüstan sülh müqaviləsi imzalanıb. Qarabağın şimalında (indiki Goranboy rayonu ərazisində) yerləşən Gülüstan kəndində imzalanan müqaviləyə əsasən, Azərbaycan torpaqları ikiyə bölünüb. Azərbaycanın Araz çayından şimaldakı torpaqları - Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba, Bakı və Talış (Lənkəran) xanlıqlarının ərazisi, həmçinin Şərqi Gürcüstan və Dərbənd Rusiya imperiyasının tərkibinə daxil edilib. Naxçıvan və İrəvan xanlıqları İranın nəzarətində qalıb. Sülh sənədini Rusiya tərəfdən çar I Aleksandrın xüsusi nümayəndəsi general Nikolay Rtişşev, İran tərəfdən Fətəli şahın təmsilçisi Mirzə Əbülhəsən imzalamışdı. Müqaviləyə əsasən, İran Xəzər dənizində hərbi donanma saxlamaq hüququnu itirib, rus tacirləri İranda güzəştli ticarət (5%-lik gömrük tarifi) hüququ əldə ediblər. 15 il sonra, 1828-ci il (10 fevral) Rusiya ilə İran arasında bağlanan Türkmənçay müqaviləsi ilə İrəvan və Naxçıvan xanlıqları da ruslar tərəfindən ilhaq edildi.
12 oktyabr 1918 - Yazıçı Rəhilə Zeynalova anadan olub.
12 oktyabr 1945 - İlahiyyatçı alim, din xadimi Hacı Sabir Hüseyn oğlu Həsənli anadan olub.
12 oktyabr 1961 - Tarzən Malik Mənsurovun doğum günüdür.
Dünya
8 oktyabr 1823 - Rus yazıçısı, şair, publisist İvan Sergeyeviç Aksakov (1823 - 8.2.1886) anadan olub.
8 oktyabr 1848 - Flamand əsilli fransız musiqiçisi, «İnternasional» himninin musiqi müəllifi Pyer Degeyter (Pierre Degeyter, (1848-26.9.1932) anadan olub.
8 oktyabr 1892 - Məşhur rus şairəsi Marina Svetayeva (1892-1941) anadan olub.
8 oktyabr 1920 - Amerika fantast yazıçısı Frenk Herbertin (Frank Patrick Herbert, 1920-1986) doğum günüdür.
8 oktyabr 1925 - Rus-sovet yazıçısı, dissident Andrey Sinvski (1925-1997) anadan olub.
8 oktyabr 1931 - Rus yazıçısı, siyasi detektivlər («Baharın on yeddi anı») müəllifi Yulian Semyonov (1931-1993) anadan olub.
8 oktyabr 1936 - Rus aktyoru Leonid Kuravlyov anadan olub.
8 oktyabr 1939 - Avstraliya kinoaktyoru («Timsah Dandi») Pol Hoqanın (Paul "Hoges" Hogan) doğum günüdür.
8 oktyabr 1943 - Amerika kinoaktyoru Çevi Çeyz (Chevy Chase - Cornelius Crane Chase) anadan olub.
8 oktyabr 1948 - Fransız aktrisası Klod Jad (Claude Jade, 1948-2006) anadan olub.
8 oktyabr 1949 - Amerika aktrisası Siqurni Uiver (Sigourney Weaver) anadan olub.
8 oktyabr 1970 - Amerika aktyoru, ssenarist və prodüser Mett Deymonun (Matthew Paige Damon) doğum günüdür.
9 oktyabr Dünya poçt günüdür (World Post Day). 1969-cu ildə Dünya Poçt İttifaqı tərəfindən təsis olunub. BMT-nin rəsmi beynəlxalq günlər siyahısına daxildir.
9 oktyabr 1835 - Fransız bəstəkarı Şarl Kamil Sen-Sans (Charles Camille Saint-Saens, 1835-1921) anadan olub.
9 oktyabr 1874 - Məşhur rus rəssamı, filosof və arxeoloq Nikolay Rerix (1874-1947) anadan olub.
9 oktyabr 1908 - Fransız komediya aktyoru, kinorejissor, «Oskar» laureatı Jak Tati (Jacques Tati, 1908-1982) anadan olub.
9 oktyabr 1926 - Rus aktyoru, SSRİ-nin Xalq artisti Yevgeni Evstiqneyevin (1926-1992) doğum günüdür.
9 oktyabr 1940 - Rus-sovet aktyoru Valeri Nosik (1940-1995) anadan olub.
9 oktyabr 1940 - İngilis musiqiçisi, məşhur «The Beatles» qrupunun yaradıcılarından biri Con Lennon (John Lennon, 1940 - 8.12.1980) anadan olub.
9 oktyabr 1956 - Rus aktrisası Marina Dyujeva anadan olub.
10 oktyabr 1684 - Fransız impressionist rəssamı Jan Antuan Vatto (Jean Antoine Watteau, 1684-1721) anadan olub.
10 oktyabr 1813 - Görkəmli İtaliya bəstəkarı Cüzeppe Verdi (Giuseppe Fortunino Francesco Verdi, 1813-27.01. 1901) anadan olub. «Riqoletto», «Traviata», «Aida» dünya musiqi xəzinəsinə daxildir.
10 oktyabr 1834 - Finlandiya yazıçı-dramaturqu, müasir fin ədəbi dilinin banisi Aleksis Kivi (Stenval) (1834-1872) anadan olub.
10 oktyabr 1892 - Xorvat yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1961) laureatı İvo Andriç (1892-1975) anadan olub.
10 oktyabr 1963 - Məşhur Türkiyə kinoaktrisası, müğənni, teleaparıcı Hülya Avşarın doğum günüdür.
10 oktyabr 1909 - Rus aktyoru, SSRİ-nin Xalq artisti Bruno Freyndlix (1909-2002) anadan olub.
10 oktyabr 1913 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1985) laureatı Klod Simonun (Claude Simon, 1913-2005) doğum günüdür.
10 oktyabr 1917 - Amerika bəstəkarı və pianoçusu, müasir cazın yaradıcılarından biri Telonius Monk (Thelonious Sphere Monk, 1917-1982) anadan olub.
10 oktyabr 1930 - İngilis dramaturqu, aktyor, rejissor, ədəbiyyat üzrə Nobel mükafatı (2005) laureatı Harold Pinterin (Harold Pinter) doğum günüdür
10 oktyabr 1930 - Məşhur gürcü opera müğənnisi, SSRİ-nin Xalq artisti Medeya Amiranaşvili anadan olub.
10 oktyabr 1947 - Fransız aktyoru, rejissor və ssenarist Fransis Perren (Francis Perrin) anadan olub.
11 oktyabr 1885 - Fransız yazıçısı və şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1952) laureatı Fransua Moriak (François Mauriac, 1885-1970) anadan olub.
11 oktyabr 1894 - Rus yazıçısı Boris Pilnyak (1894-1938) anadan olub.
11 oktyabr 1900 - Gürcü aktyoru, rejissor, SSRİ-nin Xalq artisti Dodo Antadze (1900-1971) anadan olub.
11 oktyabr 1919 - Məşhur amerikalı caz musiqiçisi Art Bleyki (Art Blakey - Abdullah Ibn Buhaina, 1919-1990) anadan olub.
11 oktyabr 1940 - Rusiya kinorejissoru Eldor Urazbayev anadan olub.
11 oktyabr 1942 - Məşhur hind aktyoru Amitabx Baççan (Amitabh Bachchan) anadan olub.
12 oktyabr 1896 - İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1975) laureatı Eugenio Montale (Eugenio Montale, 1896-1981) anadan olub.
12 oktyabr 1931 - Rus kinorejissoru Yevgeni Karelov (1931-1977) anadan olub.
12 oktyabr 1935 - Dünya şöhrətli italyan opera müğənnisi Luçano Pavarotti (Luciano Pavarotti, 1935 - 6.9.2007) anadan olub.
12 oktyabr 1968 - Avstraliya aktyoru, prodüser Hyu Cekmenin (Hugh Michael Jackman) doğum günüdür.
12 oktyabr 1974 - Türk müğənnisi Ebru Gündəş anadan olub.
12 oktyabr 1977 - Rus estrada müğənnisi Jasmin (Sara Semenduyeva) anadan olub.