Azərbaycan
   
   15 oktyabr 1910 - Tarixçi, ictimai xadim İsmayıl Abbas oğlu Hüseynov (15.10.1910 - 8.11.1969) anadan olub.
   15 oktyabr 1945 - Rejissor Leyla Səfərova Gəncədə anadan olub. 1987-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyir.
   15 oktyabr 1950 - Xalq artisti, tarzən Ağasəlim Sahib oğlu Abdullayev anadan olub.
   15 oktyabr 1996 - Tanınmış diktor Gültəkin Əjdər qızı Cabbarlı (9.3.1929 - 1996) vəfat edib. Azərbaycanda peşəkar diktorluq məktəbinin yaranmasında xüsusi xidmətləri olub.
   
   16 oktyabr 1855 - Görkəmli hərbi xadim, artilleriya general-leytenantı Səməd bəy Mehmandarov (1855 - 12.2.1931) Lənkəranda anadan olub. Çar Rusiyası ordusunda diviziya komandiri olub, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri işləyib. Sovetləşmədən sonra Bakıda hərbi komandirlər məktəbində dərs deyib.
   16 oktyabr 1923 - Şair, nasir, filologiya elmləri doktoru, professor Gülhüseyn Hüseynoğlu Masallı rayonunun Mollaoba kəndində anadan olub. Azərbaycan ədəbiyyatında mənsur şeirin yaradıcısı kimi tanınır.
   16 oktyabr 1926 - Bəstəkar, pedaqoq, Xalq artisti, professor Ramiz Mustafayev (1926 - 10.4.2008) anadan olub. “Vaqif, “Polad”, “Xan və əkinçi” operalarının, operettaların, simfoniyaların və s. müəllifidir.
   16 oktyabr 1946 - Kinooperator Köçəri Məmmədov (1946-2008) Gədəbəy rayonunda anadan olub. 1969-cu ildən «Azərbaycanfilm» kinostudiyasında işləyib. Azərbaycanın yeni tarixini əks etdirən sənədli və xronikal filmlərin operatoru olub.
   16 oktyabr 1949 - Əməkdar elm xadimi, akademik, ədəbiyyatşünas alim İsa Əkbər oğlu Həbibbəyli Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danyeri kəndində anadan olub. Naxçıvan Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatıdır.
   
   17 oktyabr 1905 - Məşhur yazıçı Məhəmməd Əsəd bəy (Qurban Səid, 1905-1942) Bakıda anadan olub. Sovetləşmədən sonra Almaniyaya mühacirət edib. “Əli və Nino” romanı ilə şöhrət qazanıb, tarixi mövzuda 20-dək əsərin müəllifidir. İtaliyada vəfat edib.
   17 oktyabr 1915 - Operator, rejissor, Xalq artisti Cavanşir Məmmədov (1915-1997) Şuşada doğulub. Müharibə illərində (1941-1945) Mərkəzi Sənədli Filmlər Studiyasının operator qrupunda fəaliyyət göstərib. Bakı kinostudiyasında 12 sənədli film çəkib.
   17 oktyabr 1924 - Əməkdar incəsənət xadimi, şair Hüseyn Məmməd oğlu Rzayev (Hüseyn Razi, 1924-17.2.1998) anadan olub.
   17 oktyabr 2003 - Görkəmli şair, publisist Nüsrət Yusif oğlu Kəsəmənli (25.9.1946-2003) vəfat edib.
   
   18 oktyabr 1918 - Görkəmli ədəbiyyatşünas alim, Azərbaycanda mifologiya elminin yaradıcısı Mirəli Seyidov (1918-1992) İrəvan şəhərində anadan olub. Mirəli Seyidovun "Qövsi Təbrizi", "Azərbaycan mifik təfəkkürünün qaynaqları", "Qızıl döyüşçünün taleyi", "Azərbaycan xalqının söykökünü düşünərkən", "Yaz bayramı", "Qan-Şaman və onun qaynaqlarına ümumi baxış" və digər kitabları Azərbaycan ədəbiyyatşünaslığında yeni elmi istiqamətin təməlini qoyub.
   18 oktyabr 1935 - Şair Oqtay Sultan oğlu Abbasov anadan olub.
   18 oktyabr 1948 - Akademik, Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov anadan olub. Radiasiya təhlükəsizliyi, radioekologiya sahəsində fundamental elmi-tədqiqat işlərinin müəllifidir. 2001-ci ildə AMEA-nın prezidenti seçilib.
   18 oktyabr 1949 - Tanınmış rejissor Vaqif İbrahimoğlu Bakının Mərdəkan qəsəbəsində anadan olub. 1982-1989-cu illərdə Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində fəaliyyət göstərib, Milli Dram Teatrında tamaşalar hazırlayıb. 1989-cu ildən «Yuğ» Teatrının bədii rəhbəridir. Bir sıra filmlərdə çəkilib.
   18 oktyabr 1991 - Azərbaycan Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edib. Konstitusiya Aktı Azərbaycanın müstəqilliyini bərpa etməsi barədə parlamentin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinin davamı olaraq qəbul olunub. 6 fəsil, 32 maddədən ibarət sənədin preambulasında 1918-1920-ci illər Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanın Rusiya tərəfindən ilhaq edildiyi qeyd olunur, Konstitusiya Aktının Azərbaycan Milli Şurasının 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə əsaslandığı vurğulanırdı.
   
   19 oktyabr 1898 - Tanınmış ədəbiyyatşünas alim, professor Feyzulla Qasımzadə (1898-1976) anadan olub.
   19 oktyabr 1910 - Görkəmli kinorejissor Hüseyn Seyidzadə (1910 - 2.6.1979) İrəvanda anadan olub. Azərbaycan kino tarixində önəmli yer tutan “O olmasın, bu olsun, “Dəli Kür”, “Yenilməz batalyon”, “Koroğlu”, “Qayınana” flimlərini çəkib.
   19 oktyabr 1937 - Tanınmış dirijor, professor, Xalq artisti Rauf Abdullayevin doğum günüdür. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijorudur.
   19 oktyabr 1972 - Azərbaycanın məşhur opera müğənnisi Fatma Muxtarova (26.3.1893-1972) vəfat edib. F.Muxtarova Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Uşaq yaşlarında ailəsi Rusiyaya köçüb. Rostovda, Peterburqda yaşayıblar. 1938-ci ildə Bakıya gəlib. Həmin ildən 1953-cü ilədək Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.
   
   Dünya
   
   15 oktyabr 1836 - Fransız rəssamı Ceyms (Jak Jozef) Tisso (James Tissot, 1836-1902) anadan olub.
   15 oktyabr 1844 - Məşhur alman filosofu Fridrix Nisşe (Friedrich Wilhelm Nietzsche, 1844-25.8.1900) anadan olub.
   15 oktyabr 1859 - Osetin ədəbiyyatının banisi, şair, maarifçi, rəssam Kosta Xetaqurovun (1859-1906) doğum günüdür.
   15 oktyabr 1905 - İngilis yazıçısı Çarlz Persi Snou (Charles Percy Snow, 1905-1980) anadan olub.
   15 oktyabr 1920 - İtalyan əsilli Amerika yazıçısı, məşhur “Xaç atası” romanının müəllifi Mario Pyuzo (Mario Puzo, 1920-1999) anadan olub.
   15 oktyabr 1926 - Fantast yazıçı, məşhur ixtiraçı alim Henrix Altov (Altşuller) (1926- 24.9.1998) Daşkənddə doğulub. 1931-ci ildə ailəsi Bakıya köçüb, 1990-cı ilədək burada yaşayıb, “Gənc ixtiraçılar məktəbi” yaradıb. 1990-cı ildə Petrozavodsk şəhərinə (Rusiya) köçüb və orada vəfat edib.
   15 oktyabr 1926 - Amerika yazıçısı, detektiv əsərlər (Ed Makneyn təxəllüsü ilə) müəllifi Evan Hanter (Evan Hunter, 1926-2005) anadan olub.
   15 oktyabr 1926 - Fransız filosofu, mədəniyyət tarixçisi Mişel Fuko (Michel Foucault, 1926-1984) anadan olub.
   
   16 oktyabr 1854 - Görkəmli irland şairi və dramaturqu Oskar Uayld (Oscar Fingal O"Flahertie Wills Wilde, 1854-1900) anadan olub.
   16 oktyabr 1854 - Alman tarixçisi, itqisadçı, sosial-demokratiyanın nəzəriyyəçilərindən biri Karl Kautski (Karl Kautsky, 1854-1938) anadan olub.
   16 oktyabr 1888 - Amerika dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1936) laureatı Yudjin O’Nil (Eugene Gladstone O"Neill, 1888-1953) anadan olub.
   16 oktyabr 1897 - Rus yazıçısı, məşhur “12 stul” romanının həmmüəllifi (Yevgeni Petrov (Katayev) ilə birgə) İlya İlf (İxeil Faynzilberg, 1897 - 13.4.1937) anadan olub.
   16 oktyabr 1925 - İngilis kinoaktrisası Encela Lensberinin (Angela Lansbury) doğum günüdür.
   16 oktyabr 1927 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1999) Günter Qrass (Günter Grass) anadan olub.
   16 oktyabr 1947 - Rus kinorejissoru İvan Dıxoviçnı (1947-2009) anadan olub.
   16 oktyabr 1947 - Amerika kinorejissoru Devid Tsuker (David Zucker) anadan olub.
   16 oktyabr 1948 - Məşhur hind aktrisası (“Zita və Gita”), rejissor Hema Malini (Hema Malini) anadan olub.
   16 oktyabr 1962 - Tanınmış rus müğənnisi Dmitri Xvorostovskinin doğum günüdür.
   16 oktyabr 1988 - Sovet (mərkəzi) televiziya efirində Braziliya istehsalı olan “Qul İzaura” (“Escrava Isaura”) adlı ilk teleserialın nümayişi başlanıb.
   
   17 oktyabr 1760 - Fransız mütəfəkkiri və sosioloqu Klod Sen-Simon (Claude-Henri de Rouvroy, Comte de Saint-Simon, 1760-1825) anadan olub.
   17 oktyabr 1849 - Görkəmli polyak bəstəkarı Frederik Şopen (Fryderyk Chopin, 22.2.1810 - 1849) vəfat edib.
   17 oktyabr 1911 - Yəhudi əsilli Rusiya multiplikasiya kinooperatoru (300-dən çox cizgi filmi) Mixail Zaxaroviç Druian (1911 - 7.7.2000) anadan olub.
   17 oktyabr 1915 - Amerika dramaturqu Artur Millerin (Arthur Aster Miller, 1915-2005) doğum günüdür.
   17 oktyabr 1918 - Amerika kinoaktrisası Rita Heyvort (Rita Hayworth - Margarita Carmen Cansino, 1918 - 14.5.1987) anadan olub.
   17 oktyabr 1920 - Amerika kinorejissoru Montqomeri Klift (Montgomery Clift, 1920-1966) anadan olub.
   17 oktyabr 1931 - Rus yazıçısı Anatoli Pristavkin (1931- 11.7.2008) anadan olub.
   17 oktyabr 1972 - Məşhur Amerika rep müğənnisi Eminem (Eminem - Marshall Bruce Mathers) anadan olub.
   17 oktyabr 1972 - Türk estrada ulduzu Tarkan Tevetoğlu Almaniyanın Frankfurt yaxınlığındakı Alzey qəsəbəsində doğulub. 1986-cı ildən Türkiyədə yaşayır.
   
   18 oktyabr 1859 - Fransız filosofu, ədəbiyyat üzrə Nobel mükafatı (1927) laureatı Anri Berqson (Henri-Louis Bergson, 1859-1941) anadan olub.
   18 oktyabr 1894 - Rus yazıçısı, dramaturq və ədəbiyyatşünas Yuri Tınyanov (1894-1943) anadan olub.
   18 oktyabr 1901 - Rus-sovet bəstəkarı Mark Zaxarovun (1901-1956) doğum günüdür.
   18 oktyabr 1925 - Məşhur yunan aktrisası Melina Merkuri (Melina Mercouri, 1925-1994) anadan olub.
   18 oktyabr 1926 - Amerika müğənnisi və bəstəkarı, rok-n-rollun ilk ifaçılarından biri Çak Berri (Edward Anderson Berry) anadan olub.
   18 oktyabr 1926 - Amerika aktyoru Corc Skott (George Campbell Scott, 1926-1999) anadan olub.
   18 oktyabr 1934 - Rus-sovet fantast-yazıçısı Kir Bulıçev (əsl adı İqor Mojeyko, 1934-2003) anadan olub.
   18 oktyabr 1960 - Belçika əsilli məşhur Amerika aktyoru, kinorejissor Jan Klod van Damm (Jean-Claude Van Damme) anadan olub.
   18 oktyabr 1973 - Məşhur rus aktyoru, RF-nin ən gənc Xalq artisti (2008) Sergey Bezrukov anadan olub.
   
   19 oktyabr 1433 - İtalyan mütəfəkkiri, erkən İntibahın görkəmli nümayəndəsi Marsilio Fiçino (Marsilius Ficinus - Marsilio Ficino, 1433-1499) anadan olub.
   19 oktyabr 1862 - Dünya kinosunun baniləri sayılan fransız Lümyer qardaşlarından Ogüst Mari Nikolya Lümyer (qardaşı Lui Jan Lümyerlə birlikdə) (Auguste Louis Marie Nicholas Lumiere, 1862-1954) anadan olub.
   19 oktyabr 1899 - Qvatemala yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1967) laureatı Migel Anxel Asturiasın (Miguel Angel Asturias, 1899-1974) doğum günüdür.
   19 oktyabr 1916 - Dünya şöhrətli rus-sovet pianoçusu Emil Gilels (1916-1985) anadan olub.
   19 oktyabr 1918 - Rus şairi, dramaturq, ssenarist Aleksandr Qaliç (Ginzburq) (1918-1977) anadan olub.
   19 oktyabr 1931 - İngilis detektiv yazıçısı Con le Karre (John le Carre - David John Moore Cornwell) anadan olub.
   19 oktyabr 1952 - Məşhur Meksika aktrisası (“Varlılar da ağlayırlar” serialı) Veronika Kastronun (Veronica Castro) doğum günüdür.
   19 oktyabr 1969 - Amerika kinoaktyoru Trey Parker (Trey Parker) anadan olub.