Azərbaycan
22 oktyabr 1919 - Bəstəkar Ərtoğrul Cavid (Hüseyn Cavidin oğlu, 1919-14.10.1943) anadan olub.
22 oktyabr 1920 - Nasir Məmməd Salman oğlu Ağayev (Məmməd Aranlı, (1920 - 8.10.1950) anadan olub.
22 oktyabr 1925 - Məşhur kimyaçı alim, akademik Toğrul Nemət oğlu Şaxtaxtinski (22.10.1925 - 8.10.2010) anadan olub.
22 oktyabr 1940 - Əməkdar jurnalist, tərcüməçi, publisist Mailə Muradxanlının (22.10.1940 - 12.6.2010) doğum günüdür.
23-25 oktyabr 1940 - Azərbaycan Rəssamlar İttifaqının birinci təsis qurultayı keçirilib.
23 oktyabr 1944 - Xalq artisti Lyudmila Semyonovna Duxovnaya anadan olub. 1963-cü ildən S.Vurğun adına Dövlət Rus Dram Teatrında çıxış edir.
23 oktyabr 1993 - Görkəmli muğam ustası Hacıbaba Hüseynov (1919-1993) vəfat edib.
24 oktyabr 1882 - Görkəmli şair, dramaturq Hüseyn Cavid (Hüseyn Rasizadə, 1882-5.12.1941) Naxçıvanda anadan olub. Azərbaycan ədəbiyyatında ilk mənzum dramların, tarixi-fəlsəfi pyeslərin ("İblis", "Topal Teymur", "Şeyx Sənan", «Xəyyam» və s.) müəllifidir. 1938-ci ildə repressiya olunub, 1941-ci ildə Sibirdə sürgündə vəfat edib.
24 oktyabr 1929 - Ədəbiyyatşünas, professor Şəmistan Abdu oğlu Mikayılov anadan olub.
24 oktyabr 2002 - Bakıda Hüseyn Cavidin ev-muzeyi açılıb.
25 oktyabr 1883 - Görkəmli aktyor, Xalq artisti Mirzəağa Əliyevin (1883-1954) doğum günüdür.
25 oktyabr 1912 - Xalq rəssamı, ilk azərbaycanlı qadın teatr rəssamlarından biri Bədurə Məlik qızı Əfqanlı (Ağamalova) (1912 - 7.5.2002). Uzun illər "Azərbaycanfilm"də geyim üzrə quruluşçu rəssam işləyib.
25 oktyabr 1912 - Bakıda (Tağıyev teatrında) Üzeyir Hacıbəylinin «Arşın mal alan» operettasının ilk tamaşası olub.
25 oktyabr 1921 - Xalq artisti Nəcibə Haşım qızı Məlikovanın (1921 - 27.7.1992) doğum günüdür. Müxtəlif teatrlarda çalışıb. "Ögey ana" (1959), "Aygün" (1961), "Əhməd haradadır?" (1964), "Arşın mal alan" (1966) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
25 oktyabr 1923 - Bakı Rus "Tənqid-təbliğ" teatrı Bakı İşçi Teatrı şəklində yenidən təşkil edilib. Sonradan bu sənət ocağı S.Vurğun adına Bakı Rus Dram Teatrı adlandı.
25 oktyabr 1930 - Xalq rəssamı, qrafik Elmira Həbibulla qızı Şaxtaxtinskaya (1930 - 15.10.1996) anadan olub.
25 oktyabr 1935 - Şair Mail İsmayıl oğlu Əliyev (Hacı Mail, 1935 - 22.8.1999) anadan olub.
25 oktyabr 1960 - Əməkdar artist Sənubər Sabir qızı İsgəndərova Bakıda anadan olub.
25 oktyabr 2008 - Dünya şöhrətli musiqiçi, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomaev (17.8.1942-25.10.2008) vəfat edib.
26 oktyabr 1880 - Məşhur tarzən, Xalq artisti Qurban Pirimov (1880-1965) Şuşa qəzasının Abdal-Gülablı (indiki Ağdam rayonu) kəndində anadan olub.
26 oktyabr 1925 - Ədəbiyyatşünas, publisist, nasir Qafar (“Kəndli”) Herisçi (1925 - 24.5.1997) anadan olub.
26 oktyabr 1982 - Heydər Əliyevin təşəbbüsü ilə böyük ədib Hüseyn Cavidin nəşi Rusiyanın İrkutsk vilayətindən gətirilərək Naxçıvanda dəfn edilib.
Dünya
22 oktyabr 1811 - Görkəmli macar bəstəkarı Ferens List (Ferenc Liszt, 1811-1886) anadan olub.
22 oktyabr 1844 - Fransız aktrisası Sara Bernar (Sarah Bernhardt, 1844-1923) anadan olub.
22 oktyabr 1869 - Məşhur rus impressionist rəssamı Filipp Andreyeviç Malyavinin (1869-1940) doğum günüdür.
22 oktyabr 1870 - Rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1933) laureatı İvan Alekseyeviç Bunin (22.10.1870 - 8.11.1953) anadan olub.
22 oktyabr 1905 - Rus nəğməkar şairi Yakov Zaxaroviç Şvedov (1905-1985) anadan olub.
22 oktyabr 1919 - İngilis fantast yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (2007) laureatı Doris Lessinq (Doris Lessing) İranın Kirmanşah şəhərində (atası İrandakı ingilis ordusunun zabiti idi) doğulub.
22 oktyabr 1921 - Fransız bəstəkarı və müğənnisi Jorj Brassens (Georges Brassens, 1921-1981) anadan olub.
22 oktyabr 1925 - Amerika rəssamı, pop-art cərəyanının banilərindən biri Robert Rauşenberq (Robert Milton Ernest Rauschenberg, 1925-2008) anadan olub.
22 oktyabr 1935 - Ukrayna şairi Boris Oleynik anadan olub.
22 oktyabr 1943 - Məşhur fransız aktrisası Katrin Denev (Catherine Deneuve) anadan olub.
22 oktyabr 1943 - Tanınmış hollandiyalı kinorejissor (“Sürət”, “Qodzilla”) Yan de Bont (Jan de Bont) anadan olub.
22 oktyabr 1946 - İtaliyalı müğənni, 60-70-cı illərdə böyük populyurlıq qazanmış Robertino Loretti (Robertino Loretti) anadan olub.
22 oktyabr 1966 - Rus estrada müğənnisi (“Miraj” qrupu) Tatyana Ovsiyenkonun doğum günüdür.
23 oktyabr 1817 - Fransız ensiklopediyaçısı, XIX əsrin ən böyük (17 cild) ensiklopedik lüğətinin tərtibçisi Pyer Larus (Pierre Athanase Larousse, 1817-1875) anadan olub.
23 oktyabr 1844 - Alman rəssamı Vilhelm Leyblin (Wilhelm Maria Hubertus Leibl, 1844-1900) doğum günüdür.
23 oktyabr 1904 - Rus rəssamı və filosofu Svyatoslav Nikolayeviç Rerix (1904-1993) anadan olub.
23 oktyabr 1920 - İtalyan uşaq yazıçısı (“Çippolinonun sərgüzəştləri”) Canni Rodari (Gianni Rodari, 1920-1980) anadan olub.
23 oktyabr 1932 - Rus yazıçısı Vasili İvanoviç Belov anadan olub.
23 oktyabr 1936 - Amerika kinorejissoru Filip Kaufman (Philip Kaufman) anadan olub.
23 oktyabr 1942 - Amerikalı fantast-yazıçı (“Yura dövrünün parkı”) Maykl Krayton (John Michael Crichton, 1942-4.11.2008) anadan olub.
23 oktyabr 2001 - Məşhur rus aktyoru (“Qafqaz əsiri”, “I” əməliyyatı”, “Uğur centlmenləri” və s.) Georgi Vitsin (1918-2001) vəfat edib.
24 oktyabr 1804 - Alman fiziki, teleqrafın ixtiraçısı Vilhelm Veber (Wilhelm Eduard Weber, 1804-1891) anadan olub.
24 oktyabr 1882 - Macar bəstəkarı İmre Kalman (Imre Kalman, 1882-1953) anadan olub.
24 oktyabr 1911 - Məşhur rus aktyoru, rejissoru, SSRİ-nin Xalq artisti Arkadi İssakoviç Raykin (1911-1987) anadan olub.
24 oktyabr 1921 - Rus-sovet şairi, publisist, tərçüməçi Lev Vladimiroviç Ginzburq (1921-1980) anadan olub.
24 oktyabr 1945 - Rus aktyoru Andrey Leonidoviç Martınovun doğum günüdür.
24 oktyabr 1945 - Birləşmiş Millətlər Təşkilatının yarandığı gündür.
25 oktyabr 1806 - Alman filosofu Maks Ştirner (əsl adı İohann Kaspar Şmidt, 1806-1856) anadan olub.
25 oktyabr 1825 - Avstriya bəstəkarı İohann (oğul) Ştraus (25.10.1825 - 3.6.1899) anadan olub.
25 oktyabr 1838 - Görkəmli fransız bəstəkarı (“Karmen” operası) Jorj Bize (Alexandre-Cesar-Leopold Bizet, 1838-3.6.1875) anadan olub.
25 oktyabr 1843 - Rus yazıçısı Qleb İvanoviç Uspenski (1843-1902) anadan olub.
25 oktyabr 1864 - Qırğız milli ədəbiyyatının banilərindən biri, şairi Toktoqul Satılqanovun (1864-1933) doğum günüdür.
25 oktyabr 1881 - Dünya şöhrətli ispan rəssamı, heykəltəraş və dizayner Pablo Pikasso (Pablo Picasso, 25.10.1881- 8.4.1973) anadan olub.
25 oktyabr 1889 - Fransız kinosunun banilərindən biri, kinorejissor Abel Qans (Abel Gance, 1889-1981) anadan olub.
25 oktyabr 1926 - Rus opera müğənnisi, SSRİ-nin Xalq artisti, məşhur bakılı musiqiçi Mstislav Rostropoviçin həyat yoldaşı Qalina Vişnevskaya anadan olub.
25 oktyabr 1931 - Fransız kinoaktrisası Anni Jirardo (Annie Girardot) anadan olub.
25 oktyabr 1938 - Rus aktrisası Tamara Petrovna Syomina anadan olub.
25 oktyabr 1950 - Britaniyalı müğənni və bəstəkar Kris Norman (Christopher Ward Norman) anadan olub.
26 oktyabr 1685 - İtalyan bəstəkarı Domeniko Skarlatti (Giuseppe Domenico Scarlatti, 1685-1757) anadan olub.
26 oktyabr 1819 - Yəhudi əsilli məşhur Danimarka yazıçısı, dramaturq Myer Qoldşmidt (Meir Aron Goldschmidt, 1819-1887) anadan olub.
26 oktyabr 1842 - Görkəmli rus batalist rəssamı Vasili Vasilyeviç Vereşşaqin (1842-1904) anadan olub.
26 oktyabr 1880 - Rus poeziyasında simvolizmin banilərindən biri, şair, yazıçı və ədəbiyyatşünas Andrey Belıy (əsl adı Boris Nikolayeviç Buqayev, 1880-1934) anadan olub.
26 oktyabr 1912 - Amerika kinorejissoru, “Oskar” laureatı Don Siqel (Donald Siegel, 1912-1991) anadan olub.
26 oktyabr 1926 - Rus-sovet aktyoru Vladimir Terentyeviç Kaşpur anadan olub.
26 oktyabr 1942 - İngilis kinoaktyoru Bob Hoskinsin (Robert William "Bob" Hoskins) doğum günüdür.
26 oktyabr 1947 - Ukrayna kinorejissoru Vyaçeslav Sigizmudoviç Kriştofoviç anadan olub.