Azərbaycan
   
   3 dekabr 1920 - Şair Ələkbər Şahbaz oğlu Axundov (Ələkbər Şahid, 1920 -12.12.1999) anadan olub.
   3 dekabr 2008 - Bakıda Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin «Mədəniyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır» adlı konfransında «Bakı bəyannaməsi» qəbul olunub. İlk dəfə olaraq Bakı konfransında Avropa ilə yanaşı, müsəlman ölkələri də iştirak ediblər.
   
   4 dekabr 1950 - Əməkdar elm xadimi, professor Kamal Abdulla (Kamal Mehdi oğlu Abdullayev) anadan olub. 80-ci illərdə populyar televiziya verilişlərinin (“Qoşma”, “Dəfinə”) aparıcısı olub. “Unutmağa kimsə yox”, “Bir, iki, bizimki” pyesləri, “Yarımçıq əlyazma” romanı və s. əsərlərin müəllifidir. 2000-ci ildən Bakı Slavyan Universitetinin rektorudur.
   4 dekabr 1929 - Azərbaycanda dövlət əhəmiyyətli ilk qoruq - Zaqatala qoruğu yaradılıb. Zaqatala və Balakən rayonları ərazisində 25 min hektardan çox ərazini əhatə edən qoruqda adı «Qırmızı kitaba» düşmüş onlarla nadir bitki və heyvan növü mühafizə olunur.
   5 dekabr 1879 - Azərbaycanın tanınmış neft ustası Gülbala Ağabala oğlu Əliyev (1879 - 27.3.1971) anadan olub.
   5 dekabr 1906 - Azərbaycanın Xalq artisti Əşrəf Yusifzadənin (1906-1963) doğum günüdür.
   5 dekabr 1921 - Tanınmış aktyor, Xalq artisti Həsənağa Salayev (1921-2.10.1981) anadan olub. "Görüş", "O olmasın, bu olsun", "Onu bağışlamaq olarmı?", "Aygün" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   5 dekabr 1924 - Aktrisa Şəfiqə Qasım qızı Qasımova (1924 - 3.4. 2008) anadan olub. Musiqili Komediya, Opera və Balet teatrlarında çalışıb. “Ögey ana” filmində Zeynəb rolunda çəkilib.
   5 dekabr 1924 - Tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Şamil Fərəməz oğlu Mahmudbəyov (1924 - 1997) anadan olub. “Romeo mənim qonşumdur”, “Şərikli çörək” və s. filmləri çəkib.
   5 dekabr 1925 - Xalq rəssamı, Əməkdar incəsənət xadimi Nadir Qənbər oğlu Əbdürrəhmanov (1925 - 26.7.2008 ) anadan olub.
   
   6 dekabr 1881 - Azərbaycan rabitəsinin yarandığı gündür. Həmin gün Bakıda ilk telefon rabitə qurğusu istifadəyə verilib. Prezident İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli sərəncamı 6 dekabr Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü elan edilib.
   
   7 dekabr 1875 - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski (25.11 (7.12) 1875 - 19.6.1920) Şəkidə anadan olub.
   7 dekabr 1918 - Bakıda məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbinin binasında (indiki AMEA-nın Əlyazmalar İnstitutu) Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti işə başlayıb. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev onun müavini seçilib. Parlament ölkə əhalisinin 24 min nəfərinə 1 deputat olmaqla formalaşmışdı və 80 azərbaycanlı, 21 erməni, 10 rus, 1 alman, yəhudi, gürcü və polyak deputat üçün yer ayrılmışdı. Həmkarlar və neft sənayeçiləri üçün 5 yer nəzərdə tutulmuşdu. Bu, müsəlman Şərqində demokratik əsaslı ilk parlament idi. Parlamentdə 11 fraksiya vardı.
   
   Dünya
   
   3 dekabr Beynəlxalq Əlillər Günüdür. BMT Baş Assambleyasının 1992-ci il 14 oktyabr tarixli qətnaməsi ilə təsis olunub. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.
   
   3 dekabr 1358 - Osmanlı imperatorluğunda məşhur sufi şeyxi və dinşünas kimi ad çıxarmış Bədrəddin Mahmud Simavi (1358 - 1416/1420) anadan olub.
   3 dekabr 1895 - Avsrtiya əsilli Britaniya psixoloqu, uşaq psixoanalizinin yaradıcısı Anna Freyd (1895 - 1982) anadan olub. Psixoanalizin banisi Ziqmund Freydin qızıdır.
   3 dekabr 1927 - Əfsanəvi Amerika estrada müğənnisi və aktyoru Endi Uilyams (Andy Williams - Howard Andrew Williams) anadan olub.
   3 dekabr 1930 - Fransız kinorejissoru, aktyor, ssenarist Jan-Lük Qodar (Jean-Luc Godard) anadan olub.
   3 dekabr 1948 - Məşhur britaniyalı rok-müğənni, «Black Sabbath» qrupunun lideri Ozzi Osborn (Ozzy Osbourne - əsl adı John Michael Osbourne) anadan olub.
   
   4 dekabr 1131 - Dünya şöhrətli tacik (fars) şairi, filosof, riyaziyyatçı Ömər Xəyyam (18.5.1048 - 1131) vəfat edib.
   4 dekabr 1595 - Fransız şairi, yazıçı, ədəbiyyat nəzəriyyəçisi Jan Şaplen (Jean Chapelain, 1595 - 1674) anadan olub.
   4 dekabr 1825 - Rus yazıçısı, şair, ədəbiyyatşünas Aleksey Nikolayeviç Pleşşeyev (1825 - 1893) anadan olub.
   4 dekabr 1882 - Rusiya yazıçısı, elmi-populyar ədəbiyyatın banilərindən biri Yakov İsidoroviç Perelmanun (1882 - 1942) doğum günüdür.
   4 dekabr 1875 - Avstriyalı ekzistensialist şair Rayner Maria Rilke (Rainer Maria Rilke, 1875 - 1926) anadan olub.
   4 dekabr 1901 - Rus-sovet aktyoru, SSRİ-nin Xalq artisti Nikolay Simonov (1901 - 1973) anadan olub.
   4 dekabr 1913 - Avstriya-amerikalı ixtiraçı alim, televizor pultlarının ixtiraçısı Robert Adler (1913 - 2007) anadan olub.
   4 dekabr 1921 - Kanada-Amerika kinoaktrisası, 1940-50-ci illərdə Hollivud ulduzu Dina Durbin anadan olub.
   4 dekabr 1922 - Görkəmli fransız aktyoru (“Fanfan-zanbaq”, “Böyük manevrlər” filmləri) Jerar Filipp (Gerard Philipe, 1922 - 1959) anadan olub.
   4 dekabr 2009 - Məşhur rus aktyoru (“Baharın on yeddi anı”, Ştirlis), SSRİ-nin Xalq artisti Vyaçeslav Vasilyeviç Tixonov (8.2.1928 - 2009) vəfat edib.
   
   5 dekabr Beynəlxalq Könüllülər Günüdür (İnternational Volunteer Day). BMT Baş Assambleyası 1985-ci ildə dünya ölkələrinin hökumətlərinə hər il iqtisadi və inkişaf naminə 5 dekabr tarixini Beynəlxalq Könüllülər Günü kimi qeyd etməyi təklif edib.
   
   5 dekabr 1791 - Dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən biri Volfqanq Amadey Motsart (Wolfgang Amadeus Mozart, 27.1.1756 - 1791) vəfat edib.
   5 dekabr 1803 - Rus lirik şairi Fyodor İvanoviç Tyutçev (1803 - 1873) anadan olub.
   5 dekabr 1820 - Alman əsilli (ana tərəfdən) rus şairi, tərcüməçi Afanasi Afanasyeviç Fet (almanca Foeth, 1820 - 1892) anadan olub.
   5 dekabr 1861 - Rus rəssamı Konstantin Korovin (1861 - 1939) anadan olub.
   5 dekabr 1870 - Fransız yazıçısı, məşhur tarixi və macəra romanlarının müəllifi Aleksandr (ata) Düma (Alexandre Dumas, pere, 24.7.1802 - 1870) vəfat edib.
   5 dekabr 1901 - Məşhur amerikalı multiplikasiya rəssamı, rejissor, ssenarist, prodüser Uolt Disney (Walter Elias "Walt" Disney, 1901 - 15.12.1966) anadan olub. «Walt Disney Productions» şirkətinin qurucusudur, çizgi filmləri üzrə 26 dəfə “Oskar” mükafatına layiq görülüb.
   5 dekabr 1903 - Niderland əsilli Almaniya aktyoru, müğənni Yohannes Hesters (Johannes Heesters) anadan olub. Dünyanın ən qocaman aktyoru kimi adı “Ginnesin rekordlar kitabı”na daxil edilib.
   
   6 dekabr 1813 - Rus şairi, publisist və naşir Nikolay Oqaryov (1813 - 1877) anadan olub.
   6 dekabr 1841 - Fransız rəssamı, impressionizmin banilərindən biri Frederik Bazil (Jean Frederic Bazille, 1841 - 1870) anadan olub.
   6 dekabr 1950 - Yapon əsilli məşhur Amerika bəstəkarı Co Hisaisi (Joe Hisaishi Joe, əsl adı Mamoru Fudzisava) anadan olub.
   6 dekabr 1957 - Rusiyanın tanınmış estrada artisti, kinoaktyor Mixail Yevdokimov (1957 - 2005) anadan olub.
   
   7 dekabr 1598 - Görkəmli italyan memarı və heykəltəraşı, İtaliya barokkosunun məşhur nümayəndəsi Covanni Lorenso Bernini (Giovanni Lorenzo Bernini; 1598 - 1680) anadan olub.
   7 dekabr 1872 - Niderland filosofu, tarixçi, kulturoloq Yohan Heyzinqa (Johan Huizinga, 1872 - 1945) anadan olub.
   7 dekabr 1889 - Fransız filosofu, ekzistensializmin tanınmış nümayəndəsi Qabriel-Onore Marsel (Gabriel Honore Marcel, 1889 - 8.10.1973) anadan olub.
   7 dekabr 1901 - İtalyan aktrisası, səssiz kinonun məşhur simalarından biri Marçella Albaninin (Marcella Albani, 1901 - 1959) doğum günüdür.
   7 dekabr 1926 - Rus-sovet aktyoru, Rusiyanın Xalq artisti (“Kölgələr günorta yox olur” filmində kolxoz sədri Zaxar Bolşakov) Pyotr Sergeyeviç Velyaminov (1926 - 14.6.2009) anadan olub.
   7 dekabr 1935 - Tanınmış Meksika musiqiçisi və bəstəkarı Armando Mansanero (Armando Manzanero) anadan olub.
   7 dekabr 1949 - Amerika müğənnisi, bəstəkar, aktyor Tom Ueyts (Tom Waits) anadan olub.