Azərbaycan
22 dekabr 1898 - Aktyor, rejissor, Əməkdar incəsənət xadimi Ağarza Səməndər oğlu Quliyev (1898 - 15.9.1976) Lənkəranda anadan olub. “Mən ki gözəl deyildim” (Rəhim baba), ”Sevil” (Babakişi) filmlərində çəkilib. “Qara daşlar”, “Səhər”, “Ulduz” flimlərinin quruluşçu rejissorudur.
22 dekabr 1911 - Görkəmli jurnalist, pedaqoq, professor Nəsir İmanquliyev (1911-1998) anadan olub. 1947-ci ildən Azərbaycan Dövlət Universitetində (indiki BDU) jurnalist kadrların hazırlanması işinə böyük töhfə verib. "Bakı" və "Baku" qəzetlərinin qurucusu və 30 ilə yaxın baş redaktoru olub.
22 dekabr 1918 - Əfsanəvi partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hənifə oğlu Hüseynzadə (Mixaylo) (1918 - 2.11.1944) Bakının Novxanı kəndində doğulub. 1941-ci ildə cəbhəyə gedib, 1942-ci ilin dekabrında Stalinqradda əsir düşüb. 1944-cü ilin əvvəlində Yuqoslaviyada partizan hərəkatına qoşulub. Yüzlərlə faşisti, hərbi texnikanı məhv edib. 1944-cü il noyabrın 2-də Sloveniyanın Vitovla kəndində alman faşistləri ilə döyüşdə həlak olub. Onun qəhrəmanlığı İmran Qasımov və Həsən Seyidbəyli “Uzaq sahillərdə” əsərində və eyniadlı filmdə (1958) əksini tapıb.
22 dekabr 1920 - Tanınmış kinodramaturq, yazıçı, rejissor Həsən Mehdi oğlu Seyidbəyli (1920 - 25.6.1980) anadan olub. «Uzaq sahillərdə» (İ.Qasımovla birgə), «Cəbədən cəbhəyə» romanlarının, pyeslərin, bir çox filmlərin ssenarilərinin müəllifidir. Bir neçə filmə (“Telefonçu qız”, “Bizim Cəbiş müəllim”, “Nəsimi” ) quruluş verib.
22 dekabr 1934 - Xalq artisti, aktyor İbrahim Əhməd oğlu Məmmədov anadan olub.
22 dekabr 1939 - Ədəbiyyatşünas, tənqidçi Tofiq Süleyman oğlu Əkbərov (1939- 29.12.1985) anadan olub.
22 dekabr 1939 - Əməkdar elm xadimi, ədəbiyyatşünas Rauf Əbdüləli oğlu İsmayılov anadan olub.
22 dekabr 1992 - Ali Sovetin Milli Şurası «Azərbaycan Respublikasının dövlət dili haqqında» qanun qəbul edib. Qızğın mübahisələr sonrası, 50 deputatdan 34-nün səsi ilə qəbul edilən qanunda dövlət dilinin "türk dili" kimi təsbitlənməsi dilçi alimlər arasında və ümumən cəmiyyətdə ziddiyyət doğurmuşdu. 1995-ci ildə qəbul edilən Konstitusiyada bu məsələ aradan qaldırıldı, Azərbaycan dili dövlət dili olaraq təsbitləndi.
23 dekabr 1945 - Nasir Sadiq Əli Abbas oğlu İbrahimov anadan olub.
23 dekabr 1947 - SSRİ Nazirlər Soveti “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 saylı qərar qəbul edib. Qərarın təşəbbüskarı SSRİ Nazirlər Soveti sədrinin müavini, İ.Stalinin «sağ əli» A.Mikoyan idi. Qərara görə, azərbaycanlı əhalinin yerinə xaricdən ermənilər köçürülməli idilər. Sənəddə sərt şərtlər yer almışdı, köçməyə məcbur edilən insanlara ailə başına cəmi 2 ton yük (mal-qara, yataq və s.) götürməyə icazə verilirdi. Azərbaycan SSR-in rəhbəri M.Bağırovun İ.Stalinə müraciətindən sonra bu şərtləri qismən yumşaldan ikinci qərar (10 mart 1948, № 754 ) verildi. 1948-1953-cü illərdə 100 minə yaxın azərbaycanlı Ermənistandan deportasiya edildi. Stalinin ölümündən sonra onların bir qismi geri qayıtsa da, 1988-ci ilin deportasiyası azərbaycanlılara qarşı etnik təmizləməni başa çatdırdı.
23 dekabr 1961 - Yazıçı-dramaturq Elçin Hüseynbəyli Cəbrayıl rayonunda anadan olub. Yazıçılar Birliyinin üzvü, "Ulduz" jurnalının baş redaktorudur. «Şah Abbas», “Balıq adam və s. romanların müəllifidir. “Axırı sakitlikdir”, “İlğım”, “Labirint”, “İki nəfər üçün oyun”, “Fanatlar” və s. pyesləri tamaşaya qoyulub.
Dünya
22 dekabr 1819 - Alman bəstəkarı Frans Abt ( Franz Abt, 1819 - 1885) anadan olub.
22 dekabr 1823 - Fransız yazıçısı Jan Anri Fabr (Jean Henri Fabre; 1823 - 1915) olub.
22 dekabr 1858 - Görkəmli italyan bəstəkarı Cakomo Puççininin (Giacomo Antonio Domenico Michele Secondo Maria Puccini, 1858 - 29.11.1924) doğum günüdür. “Bohema”, “Toska”, “Madam Batterflyay” kimi məşhur operaların müəllifidir.
22 dekabr 1936 - Rus-sovet yazıçısı, məşhur “Polad necə bərkidi?” romanının müəllifi Nikolay Alekseyeviç Ostrovski (16(29).9.1904 - 1936) vəfat edib.
22 dekabr 1937 - Rus yazıçısı, uşaqlar üçün populyar əsərlərin (“Timsah Gena və dostları”, “Fyodor dayı, it və pişik”) müəllifi Eduard Uspenski (1937 - 1974) anadan olub.
22 dekabr 1946 - Rus aktyoru, RF-nin Xalq artisti Vladimir Boqin anadan olub.
22 dekabr 1962 - Məşhur Britaniya aktyoru (“Şindlerin siyahısı”, “İngilis pasiyenti”) Ralf Fayns (Ralph Nathaniel Fiennes) anadan olub.
23 dekabr 1799 - Görkəmli rus rəssamı, məşhur monumentalist Karl Pavloviç Bryullov (1799 - 1852) anadan olub.
23 dekabr 1802 - İngilis şairi Sara Kolric (Sara Coleridge, 1802 - 1852) anadan olub.
23 dekabr 1858 - Görkəmli rus rejissoru, dramaturq və teatr xadimi Vladimir İvanoviç Nemiroviç-Dançenkonun (1858 -1943) doğum günüdür.
23 dekabr 1931 - Məşhur rus aktyoru, SSRİ-nin Xalq artisti Lev Konstantinoviç Durov anadan olub. “Qorxma, mən səninləyəm” (1981) Azərbaycan filmində San Sanıç rolunda çəkilib.
23 dekabr 1934 - Rus aktrisası Natalya Nikolayevna Fateyeva (“Görüş yerini dəyişmək olmaz” filmində İra Sobolevskaya) anadan olub.
23 dekabr 1936 - Rus şairi, bəstəkar, müəllif mahnılarının ifaçısı Yuli Çersanoviç Kim anadan olub.
Hazırladı: Vüqar Orxan