Azərbaycan
19 yanvar 1873 - Azərbaycanın ilk maarifçi qadınlarından biri, yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Əhmədbəy qızı Məmmədquluzadə-Cavanşir (1873-6.2.1955) Ağcabədi rayonunun Kəhrizli kəndində anadan olub. Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri olub. C.Məmmədquluzadənin bioqrafiyasını, M.Ə.Sabir haqqında xatirələrini yazıb, Azərbaycan yazıçılarının əsərlərini ruscaya tərcümə edib.
19 yanvar 1953 - Şair, tərcüməçi Ələsgər Əlioğlu anadan olub.
19 yanvar 1965 - Azərbaycanın Milli Qəhrəmanı Şamoy Məhyəddin oğlu Çobanov (1965-19.8.1990) Qazax rayonunun Ağköynək kəndində anadan olub.
19 yanvar 1976 - Azərbaycanın Milli Qəhrəmanı Şamil Ağasəf oğlu Ramazanov (1976-17.3.1995) Ağsu rayonunun Rəhimli kəndində doğulub.
19 yanvar 1992 - Erməni silahlı qüvvələri Şuşa rayonunun Kərkicahan kəndini işğal ediblər.
19 yanvar 1993 - Azərbaycan parlamenti “Dövlət gerbi haqqında” Konstitusiya Qanunu qəbul edib. Xalq Cümhuriyyəti dövründə Dövlət gerbi haqqında müsabiqə elan edilsə də (yanvar 1920), onu başa çatdırmaq mümkün olmamışdı. 1991-ci ildə Ali Sovetin qərarı ilə yeni müsabiqə elan olundu və Cümhuriyyət dövründə hazırlanmış layihələrdən biri kiçik dəyişikliklərlə Dövlət gerbi kimi təsdiq edildi. Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən qalxan təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri var.
20 yanvar 1928 - Akademik, etnoqraf Teymur Əmiraslan oğlu Bünyadov Qazax rayonunun Şıxlı kəndində anadan olub. Azərbaycan etnoqrafiyasının əkinçilik və maldarlıq tarixinin yazılması, musiqi mədəniyyətinin inkişaf tarixi, Azərbaycanda arxeologiya elminin inkişafı, qədim tarixlə bağlı tədqiqat əsərlərinin müəllifidir.
20 yanvar 1977 - Şair, publisist Zeynal Əliabbas oğlu Cabbarzadə (31.12.1920-1977) vəfat edib.
20 yanvar 2010 - Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində 20 Yanvar abidə kompleksinin açılışı olub. Abidə kompleksinin memarı Ədalət Məmmədov, heykəltəraşları Cavanşir Dadaşov və Azad Əliyevdir.
Dünya
19 yanvar 1736 - Şotlandiyalı ixtiraçı, ilk buxar maşınının yaradıcısı Ceyms Uatt (James Watt, 1736-1819) anadan olub.
19 yanvar 1737 - Fransız yazıçısı Jak-Anri Bernarden (Jacques-Henri Bernardin de Saint-Pierr, 1737-1814) anadan olub.
19 yanvar 1798 - Fransız filosofu, pozitivizm cərəyanının və sosiologiyanın banisi Ogüst Kont (Isidore Marie Auguste François Xavier Comte, 1798-1857) anadan olub.
19 yanvar 1809 - Məşhur Amerika yazıçısı və şairi, ədəbiyyatşünas Edqar Po (Edgar Allan Poe, 1809-1849) anadan olub.
19 yanvar 1839 - Fransız postimpressionist rəssamı Pol Sezanın (Paul Cezanne, 1839-1906) doğum günüdür.
19 yanvar 1848 - Alman bəstəkarı və musiqişünası Avqust Kreçmar (August Ferdinand Hermann Kretzschmar, 1848-1924) anadan olub.
19 yanvar 1863 - Rus yazıçısı Aleksandr Serafimoviç (1863-1949) anadan olub.
19 yanvar 1865 - Görkəmli rus rəssamı, portret janrının ustası Valentin Serov (1865-1911) anadan olub.
19 yanvar 1900 - Rus-sovet bəstəkarı (məşhur “Katyuşa” mahnısının müəlifi) Mixail İsakovski (1900-1973) anadan olub.
19 yanvar 1932 - Amerika kinorejissoru Riçard Lester (Richard Lester) anadan olub.
19 yanvar 1945 - İngilis rok müğənnisi, məşhur «Deep Purple» ansamblının qurucusu Rod Evans (Roderick Evans) anadan olub.
19 yanvar 1946 - Amerika müğənnisi və aktrisası Dolli Partonun (Dolly Parton) doğum günüdür.
20 yanvar 1586 - Alman bəstəkarı İohann German Şteyn (Johann Hermann Schein, 1586-1630) anadan olub.
20 yanvar 1804 - Fransız yazıçısı (“Parisin sirləri” romanı) Ejen Syu (Marie Joseph Eugene Sue, 1804-1857) anadan olub.
20 yanvar 1884 - Rus yazıçısı, fantastik mövzulu “Biz” romanının müəllifi Yevgeni İvanoviç Zamyatin (1884-1937) anadan olub.
20 yanvar 1884 - Amerika fantast yazıçısı Abraham Merrit (Abraham Grace Merritt, 1884-1943) anadan olub.
20 yanvar 1920 - Dünya şöhrətli italyan kinorejissoru, 5 dəfə “Oskar” laureatı Federiko Fellini (Federico Fellini, 1920 - 31.10.1993) anadan olub.
20 yanvar 1926 - Amerika aktrisası, “Oskar” mükafatçısı Patrisiya Nil (Patricia Neal, 1926-2010) anadan olub.
20 yanvar 1934 - Rus bəstəkarı Vladimir Daşkeviç anadan olub.
20 yanvar 1946 - Amerika kinorejisoru, Kann festivalının qalibi, ssenarist Devid Linç (David Keith Lynch) anadan olub.
20 yanvar 1963 - Tanınmış Litva aktrisası İnqeborqa Dapkunayte (İngeborga Dapkunaite) anadan olub.
Hazırladı: Vüqar Orxan