Azərbaycan
   
   25 iyul 1935 - Nasir, ədəbiyyatşünas Vasif Nəsiboğlu (Əfəndiyev; 1935-1997) anadan olub.
   25 iyul 1935 - Şair, publisist Məstan Günər (Məstan Rəsul oğlu Əliyev) Tovuz rayonunda anadan olub.
   
   26 iyul 1995 - Xalq yazıçısı, ədəbiyyatşünas, publisist, ictimai xadim İsmayıl Şıxlı (22.3.1919, Qazax - 1995) vəfat edib. Ədib «Dəli Kür» romanının, povest və hekayələrin müəllifidir. Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), Milli Məclisin deputatı (1990-1995) olub.
   26 iyul 2008 - Tanınmış fırça ustası, Xalq rəssamı Nadir Qənbər oğlu Əbdürrəhmanov (5.12.1925, Laçın - 2008 ) vəfat edib. Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədri olub.
   
   Dünya
   
   24 iyul 1802 - Fransız yazıçısı, məşhur tarixi və macəra romanlarının müəllifi Aleksandr (ata) Düma (Alexandre Dumas, pere; 1802 - 5.12.1870) anadan olub. Əsərləri: "Qraf Monte Kristo", "Üç muşketyor", "Dəmir maskalı adam", "Qara zanbaq", “Kraliça Marqo” romanları, “III Henrix və onun sarayı” dramı və s.
   24 iyul 1803 - Görkəmli fransız bəstəkarı Adolf Adan (Adolphe Charles Adan, 1803-1856) anadan olub. «Jizel» və «Korsar» baletlərinin müəllifidir.
   24 iyul 1828 - Rus yazıçısı və ədəbiyyatşünası Nikolay Qavriloviç Çernışevski (1828-1889) anadan olub. Əsərləri: “Nə etməli” (romanı), “İncəsənətin gerçəkliyə estetik münasibəti” (kulturoloji tədqiqat) və s.
   24 iyul 1857 - Danimarka yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1917) laureatı Henrik Pontoppidan (Henrik Pontoppidan; 1857-1943) anadan olub. Əsərləri: “Müqəddəs torpaq”, “Xoşbəxt Pyotr”, “Ölülər çarlığı”.
   24 iyul 1905 - Rus operatoru və kinorejissoru Vasili Pronin (1905-1966) anadan olub. Filmləri: “Alay oğlu”, “Üç dəniz arxasına səyahət”, “Kazaklar”, “Bizim ev” və s.
   24 iyul 1931 - İtalyan rejissoru Ermanno Olmi anadan olub. Filmləri: “Başmaqlar üçün ağac” (Kann kinofestivalının qalibi, 1978), “Müqəddəs içki düşkünü haqqında əfsanə” (Venesiya kinofestivalının qalibi, 1988) və s.
   
   25 iyul 1893 - Rus rəssamı Boris Vladimiroviç İoqanson (1893-1973) anadan olub. Sovet tarixinə dair əsərlərin (“Kommunistlərin dindirilməsi”, “V.İ.Leninin komsomolun III qurultayında çıxışı” və s.) müəllifidir.
   25 iyul 1905 - Yəhudi əsilli Avstriya yazıçısı, kulturoloq, ədəbiyyat üzrə Nobel mükafatı (1981) laureatı Elias Kanetti (1905-1994) Bolqarıstanın Ruse şəhərində anadan olub. F.Kafkanın ənənələrini davam etdirərək ətraf dünyanın absurdluğundan bəhs edən əsərlər yazıb: “Gözqamaşma” romanı (Nobel mükafatı), “Şöhrətpərəstlik komediyası”, “Kütlə və hakimiyyət” və s.
    25 iyul 1929 - Rus yazıçısı, kinorejissor, aktyor Vasili Makaroviç Şukşin (1929 - 2.10.1974) anadan olub. “Sizə azadlıq verməyə gəlmişəm” romanının (Stepan Razindən bəhs edir), hekayələrin müəllifidir. Filmləri: “Belə bir oğlan yaşayır”, “Qəribə adamlar”, “Qırmızı Kalina” (hər üçündə ssenarist, rejissor, sonuncu filmdə həm də baş rolun ifaçısı), “Ağaclar böyük olanda”, “Onlar Vətən uğrunda vuruşublar” (aktyor).
   25 iyul 1980 - Məşhur rus bard müğənnisi, şair, bəstəkar, teatr və kino aktyoru Vladimir Semyonoviç Vısotski (25.1.1938 - 1980) vəfat edib. “Kiçik tragediyalar”, “İntervensiya”, “Tayqanın sahibi”, “Çar Pyotr ərəbi necə evləndirdi” filmlərinə çəkilib. 1987-ci ildə, ölümündən sonra “Görüş yerini dəyişmək olmaz” filmindəki Qleb Jeqlov roluna görə SSRİ Dövlət mükafatına layiq görülüb.
   
   26 iyul 1856 - Görkəmli ingilis (irland əsilli) yazıçı və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1925) laureatı Corc Bernard Şou (George Bernard Shaw; 1856 - 2.11.1950) Dublin şəhərində doğulub. “Kandida”, “Piqmalion”, “Milyoner arvadı”, “Şeytanın şagirdi” və s. pyeslərin, “Ağılsız kəbin”, “Artistin məhəbbəti”, “Keşel Bayronun sənəti” romanlarının müəllifidir.
   26 iyul 1875 - İsveçrə filosofu, analitik psixologiyanın banisi Karl Qustav Yunq (Carl Gustav Jung, 1875-1961) anadan olub.
   26 iyul 1885 - Fransız yazıçısı, psixoloji və bioqrafik romanların müəllifi Andre Morua (Andre Maurois - əsl adı Emile Salomon Wilhelm Herzog; 1885-1967) anadan olub.
   26 iyul 1894 - İngilis yazıçısı Aldos Haksli (Aldous Leonard Huxley, 1894-1963) anadan olub.
   26 iyul 1928 - Amerika kinorejissoru Stenli Kubrik (Stanley Kubrick; 1928-1999) anadan olub. Filmləri: “Spartak”, “Lolita” və s.
   26 iyul 1959 - Amerika kinoaktyoru Kevin Speysi (Kevin Spacey) anadan olub. Filmləri: “Amerikasayağı gözəllik” (“Oskar” mükafatı), “Epidemiya”, “Akulalar arasında”.
   26 iyul 1964 - Məşhur amerikalı aktrisa Sandra Ballok (Sandra Annette Bullock) anadan olub. Filmləri: “Sürət”, “Dağıdıcı”, “28 gün”, “Görünməyən tərəf” (“Oskar” laureatı, 2010).
   
   Hazırladı: Vüqar Orxan