Azərbaycan
   
   11 sentyabr 1913 - Tanınmış kinorejissor və operator, Xalq artisti Muxtar Dadaşov (1913 - 7.5.1998) doğulub. Bir sıra sənədli və bədii filmlərin operatoru olub. Quruluş verdiyi filmləri: «Qanun naminə», «Bakıda küləklər əsir» və s.
   
   12 sentyabr 1887 - Görkəmli yazıçı, tərcüməçi, ictimai-siyasi xadim Yusif Vəzir Çəmənzəminli (1887-3.1.1943) Şuşa şəhərində anadan olub. Azərbaycan Xalq Cümhuriyyətinin İstanbulda səfiri olub, sonra mühacirətdə yaşayıb, 1926-cı ildə Azərbaycana qayıdıb. 1940-cı ildə həbs olunub, 1943-cü ildə Rusiyanın Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində vəfat edib. 1956-cı ildə bəraət alıb. Yazıçının «İki od arasında» («Qan içində») əsəri Azərbaycan tarixi romanının klassik nümunəsidir. Digər əsərləri: “Qızlar bulağı”, “Studentlər”, “Bir cavanın dəftəri”, “Cənnətin qəbzi” və s.
   12 sentyabr 1921 - Şair, dramaturq Novruz Gəncəli (Novruz İsmayıl oğlu Sadıqov; 1921 - 19.10.1995) anadan olub. C.Bayronun şeirlərini, C.Patrikin “Missis Səvinc”, B.Brextin “Kuraj ana və onun uşaqları” pyeslərini Azərbaycan dilinə çevirib.
   12 sentyabr 2001 - Yazıçı, tərcüməçi Manaf Fərəc oğlu Süleymanov (3.3.1912, Lahıc - 12.9.2001) vəfat edib. “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” adlı tarixi-publisistik əsəri böyük populyarlıq qazanıb.
   13 sentyabr 1905 - Aktyor Süleyman Tağızadə (1905-1960) anadan olub. “O olmasın, bu olsun”, “Kölgələr sürünür” filmlərində çəkilib.
   13 sentyabr 1933 - Görkəmli bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Arif Cahangir oğlu Məlikov anadan olub. Nazim Hikmətin pyesi əsasında yazdığı “Məhəbbət əfsanəsi” baleti bəstəkara dünya şöhrəti gətirib. “Füzuli”, “Vətən”, “Metamorfozlar” simfonik poemaları, “İki qəlbin poeması” baleti, “Torpağın səsi” kantatası, “Dalğalar” operettası, 8 simfoniya və s. əsərlərin müəllifidir. “Sehrli xalat”, “26 Bakı komissarı”, “Axırıncı aşırım” və s. filmlərə, teatr tamaşalarına (“Atabəylər”, “Natəvan”) musiqi yazıb. Bakı Musiqi Akademiyasının professoru, AMEA-nın müxbir üzvüdür.
   13 sentyabr 1969 - Xalq rəssamı İsmayıl Hüseyn oğlu Axundov (15.4.1907 - 1969) vəfat edib. Azərbaycan Rəssamlar İttifaqının ilk sədri olub. Qrafika, dekorativ-tətbiqi sənət, teatr rəssamlığı sahəsində çalışıb.
   13 sentyabr 1997 - Prezident Heydər Əliyev "Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında" fərman imzalayıb.
   
   Dünya
   
   11 sentyabr 1862 - Amerika yazıçısı, novella janrının ustası O.Henri (O.Henry - William Sydney Porter; 1862-1910) anadan olub. Əsərləri: “Dörd milyon”, “Yanan lampa”, “Taleyin yolları” hekayələr toplusu, “Krallar və kələm” romanı və s.
   11 sentyabr 1865 - Latviya şairi və dramaturqu Yan Raynis (Pliekşans) anadan olub. Kitabları: “Tufan səpini”, “Son və başlanğıc”, “Evə”.
   11 sentyabr 1894 - Ukrayna kinorejissoru, SSRİ Xalq artisti Aleksandr Petroviç Dovjenko (1894-1956) anadan olub. Filmləri: “Arsenal”, “Torpaq”, “Şors”, “Aeroqrad”, “Miçurin” və s.
   11 sentyabr 1885 - İngilis yazıçısı David Herbert Lourens (David Herbert Lawrence; 1885-1930) anadan olub. Psixoloji romanları ilə məşhurlaşıb: “Oğullar və məşuqlar”, “Göy qurşağı”, “Vurğun qadınlar”, “İtkin qız”, “Ledi Çatterleyin məşuqu”.
   11 sentyabr 1937 - Rusiya müğənnisi, SSRİ Xalq artisti İosif Davıdoviç Kobzon anadan olub.
   11 sentyabr 1940 - Amerika rejissoru Brayan de Palma (Brian de Palma) anadan olub. Filmləri: “Qəzəb”, “Toxunulmazlar”, “Kerri”, “Kainin tərbiyəsi” və s.
   
   12 sentyabr 1921 - Məşhur polyak satirik yazıçısı Stanislav Lem (Stanislaw Lem, 1921-2006) anadan olub. Əsərləri: “Solyaris”, “Səmanın səsi”, “Yerdə sülh”, “Aldebarandan müdaxilə” və s.
   12 sentyabr 1933 - Rus aktrisası, SSRİ Xalq artisti Tatyana Doronina anadan olub. Filmləri: “Plyuşixada üç qovaq”, “Ögey ana”, “Valentin və Valentina”.
   12 sentyabr 1944 - Məşhur rus skripkaçısı, «Moskva virtuozları» ansamblının rəhbəri Vladimir Spivakov anadan olub.
   12 sentyabr 1967 - İngilis kinoaktyoru Ceyson Stetxem (Jason Michael Statham) anadan olub. Filmləri: “Ölüm yarışı”, «Müharibə», “Yükdaşıyan”, “Kartlar, pullar, iki lülə”, “Revolver” və s.
   
   13 sentyabr 1894 - İngilis yazıçısı və dramaturqu Con Boynton Pristli (John Boynton Priestley, 1894-1984) anadan olub. Əsərləri: “Mehriban dostlar”, “Mələk küçəsi”, “London dalanı”, “Cənnət guşəsi” pyesləri, “Qretlidə qaranlıq” romanı.
   13 sentyabr 1905 - Fransız əsilli Amerika aktrisası, «Oskar» laureatı Klodet Kolber (Claudette Colbert - Lily Claudette Chauchoin, 1905-1996) anadan olub. Filmləri: “Kleopatra”, “Bu bir dəfə gecə baş verib”.
   13 sentyabr 1924 - Fransız bəstəkarı Moris Jarr (Maurice Jarre; 1924-2009) anadan olub. 120-dək filmə musiqi yazıb, 3 dəfə “Oskar”a layiq görülüb.
   13 sentyabr 1944 - İngilis aktrisası Jaklin Bisset (Winifred Jacqueline Fraser Bisset) anadan olub. Filmləri: “Yabanı orxideya”, “Napaleon və Jozefina”, “Anna Karenina” və s.
   
   Hazırladı: Vüqar Orxan