Azərbaycan
9 oktyabr 1946 - Tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Kənan Məmmədov anadan olub. Lentə aldığı filmlər: “Doğma sahillər”, “Fəryad”, “Atları yəhərləyin”, “Özgə ömür”, “Təhminə”, “Ovsunçu”, “Otel otağı” və s.
9 oktyabr 1971 - Bakıda Abbas Mirzə Şərifzadə adına Aktyor Evi açılıb.
10 oktyabr 1939 - Görkəmli şərqşünas alim, ilk azərbaycanlı qadın-ərəbşünas, filologiya elmləri doktoru, professor Aida İmanquliyeva (1939-19.9.1992) anadan olub. 1991-1992-ci illərdə Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində çalışıb.
10 oktyabr 1911 - Ədəbiyyatşünas alim, tərcüməçi, mətnşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Abbas Fəttah oğlu Zamanov (1911-1.4.1993) Naxçıvanın Şərur rayonunda anadan olub.
10 oktyabr 1935 - Əməkdar incəsənət xadimi, şair Həmid Abbas (Həmid Məmmədəli oğlu Abbasov; 1935 - 19.11.1999) anadan olub.
10 oktyabr 1935 - Şair, dramaturq Şəkər Aslan (Şəkər Mirzə oğlu Aslanov; 1935-13.7.1995) Lənkəran rayonunda anadan olub.
11 oktyabr 1938 - Yazıçı, tərcüməçi Emil Ağayev anadan olub. “Qara gölün cəngavərləri” bədii filminin ssenari müəllifidir.
11 oktyabr 1983 - Görkəmli nasir, Xalq yazıçısı Süleyman Rəhimov (10.12.1900, Qubadlı, Əyin kəndi - 1983) vəfat edib. "Şamo" roman-epopeyası, "Saçlı", “Ağbulaq dağlarında”, “Mahtəvan”, "Mehman", "Medalyon", "Qafqaz qartalı" və s. əsərləri ilə Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutur. Yazıçılar Birliyinin sədri olub, partiya-dövlət vəzifələrində çalışıb, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.
Dünya
9 oktyabr 1835 - Fransız bəstəkarı Şarl Kamil Sen-Sans (Charles Camille Saint-Saens, 1835-1921) anadan olub. Operaları: “Sarı şahzadə”, “Samson və Dalila”, “Gümüş zınqırov” və s.
9 oktyabr 1874 - Məşhur rus rəssamı, filosof və arxeoloq Nikolay Rerix (1874-1947) anadan olub.
9 oktyabr 1908 - Fransız komediya aktyoru, kinorejissor, «Oskar» laureatı Jak Tati (Jacques Tati, 1908-1982) anadan olub. Filmləri: “Mənim dayım”, “Parad”.
9 oktyabr 1926 - Rus aktyoru, SSRİ Xalq artisti Yevgeni Evstiqneyev (1926-1992) anadan olub. Filmləri: “Avtomobildən qorun”, “Baharın on yeddi anı”, “İtalyanların Rusiyada ağlasığmaz macəraları” və s.
9 oktyabr 1940 - İngilis musiqiçisi, məşhur «The Beatles» qrupunun yaradıcılarından biri Con Lennon (John Lennon, 1940 - 8.12.1980) anadan olub.
10 oktyabr 1684 - Fransız impressionist rəssamı Jan Antuan Vatto (Jean Antoine Watteau, 1684-1721) anadan olub.
10 oktyabr 1813 - Görkəmli italiyan bəstəkarı Cüzeppe Verdi (Giuseppe Fortunino Francesco Verdi, 1813-27.01. 1901) anadan olub. “Riqoletto”, «Traviata», «Aida» operaları dünya musiqi xəzinəsinə daxildir.
10 oktyabr 1892 - Serb-xorvat yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1961) laureatı İvo Andriç (1892-1975) anadan olub. Romanları: “Drin üzərində körpü”, “Travnisk xronikası” və s.
10 oktyabr 1913 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1985) laureatı Klod Simon (Claude Simon, 1913-2005) anadan olub. Əsərləri: “Farsal döyüşü”, “Flandriya yolları”, “Qadınlar”.
10 oktyabr 1930 - İngilis dramaturqu, ssenarist, şair, ədəbiyyat üzrə Nobel mükafatı (2005) laureatı Harold Pinter (Harold Pinter; 1930-2008) doğum günüdür. Pyesləri: “Məşuq”, “Evə qayıdış”, “İtirilmiş zamanın axtarışında”.
11 oktyabr 1885 - Fransız yazıçısı, şair və dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı (1952) laureatı Fransua Moriak (François Mauriac, 1885-1970) anadan olub. "Məhəbbət səhrası", "İlan yığnağı", "Allah və Mammon", "İsanın həyatı", "Quzu" romanları, "Asmodey" pyesi və s. əsərlərin müəllifidir.
11 oktyabr 1894 - Alman əsilli rus yazıçısı Boris Pilnyak (Boray; 1894-1938) anadan olub. Əsərləri: “Ac il”, “Duz anbarı”, “Volqa Xəzər dənizinə tökülür”, “Sönməmiş ayın povesti” və s. Repressiya qurbanı olub.
11 oktyabr 1900 - Gürcü aktyoru, teatr rejissoru, SSRİ Xalq artisti Dodo Antadze (1900-1971) anadan olub.
11 oktyabr 1942 - Məşhur hind aktyoru Amitabx Baççan (Amitabh Bachchan) anadan olub. Filmləri: “Qisas və qanun”, “Gecikmiş intiqam”, “Andlar və vədlər”, “Üç qardaş”, “Taleyin hakimi” və s.
Hazırladı: Vüqar Orxan