Moskvada Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkinin iştirakı ilə Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıq üzrə Təşkilat Komitəsinin iclası olub. Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə təşkil olunan Bakı Beynəlxalq Humanitar Forumunun bu ilin oktyabrında keçirilməsi nəzərdə tutulur.
Akademik Ramiz Mehdiyev iclasın yekunlarını kütləvi informasiya vasitələri üçün şərh edərək deyib ki, Bakı Forumunun keçirilməsi ilə əlaqədar bütün məsələlər kompleksi işçi qaydada müzakirə edilib. Forumun son dərəcə maraqlı və zəngin olacağını bildirən Sergey Narışkin isə qeyd edib ki, tərəflər diskussiyaların mövzuları, iştirakçıların tərkibi barədə razılıq əldə ediblər. Forumda plenar iclaslardan əlavə, bir neçə panel iclası da olacaq. Panellərdə “İqtisadi inkişafın müasir modellərinin humanitar problemləri”; “Humanizmin fəlsəfi problemləri”; “Biotexnologiyalar və etika problemləri” və s. mövzular müzakirə olunacaq.