Baş­dan-ba­şa li­rik şa­ir, etik-es­te­tik xa­nım Ni­gar Rə­fi­bəy­li­yə...

Be­lə yaz­ma­yım, be­lə de­mə­yim, - özü de­miş­kən, - bəs “ney­lə­yim”? Bu qə­bil ya­zı­lar­da özü­nü nə qə­dər cid­di­yə al­san da, hər­dən be­lə də gə­lir, be­lə də olur, ney­lə­yə­sən? On­da qal­mış, “Qə­rən­fil­lər sa­çın yo­lur, ney­lə­yim?” - de­yən bir şa­ir haq­da ya­za­san! Söz­lər iç­rə tə­zə gə­lən gə­lin “vağ­za­lı”­sı ki­mi səs­lə­nən “li­ri­ka” ter­mi­ni­nə bən­zər bir xa­nım ba­rə­də anım­na­mə­yə baş­la­ya­san...

Biz bir işə ba­xaq ki, onun haq­qın­da ve­ril­miş ən rəs­mi ya­zı­da da dil-üs­lub zə­rif­li­yi sa­rı­dan bir “qa­çıl­maz­lıq” olub. Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­ye­vin Ni­gar Rə­fi­bəy­li­nin 100 il­lik yu­bi­le­yi­nin ke­çi­ril­mə­si haq­qın­da 2013-cü il 4 mart ta­rix­li Sə­rən­sa­mı­nı de­yi­rəm. Sə­rən­cam­da­kı cüm­lə­lər­dən bi­ri bu­dur: “Ni­gar Rə­fi­bəy­li mil­li ədə­biy­ya­tı­mı­zı zə­rif li­ri­ka­nın də­yər­li nü­mu­nə­lə­ri ilə zən­gin­ləş­di­rən sə­nət­kar­dır”.

Hər cə­hət­dən xa­nı­ma­nə...

Duy­ğua­nə, qay­ğıa­nə, say­ğıa­nə, bir söz­lə - hər cə­hə­ti, tə­hər-töv­rü ilə xa­nı­ma­nə Ni­gar Rə­fi­bəy­li!..
Bəs ne­cə, xa­nım­lar var ki, is­te­da­dın­dan əv­vəl “a­dı” çı­xır, özün­dən-sö­zün­dən çox “sö­zü” ya­yı­lır. Xa­nım­lar da olub (var və ola­caq) ki, elə­lə­ri­lə da­ban-da­ba­na, hə­ya-hə­ya­ya, is­mət-is­mə­tə zidd. Qız­lıq-qı­zıl­lıq­la­rı ən yük­sək əyar­lı daş-qaş qiy­mə­tin­də, ağır-bat­man xa­tun­luq­la­rı al­tun də­yə­rin­də. Be­lə ki, be­lə­lə­ri an­caq yax­şı iş­lər, gö­zəl əməl­lər pe­şin­də. Be­lə­lə­ri ürə­yia­çıq, tə­rə­zi­göz xal­qın “al­nı açıq, üzü ağ” me­yar­lı gər­di­şin­də, “ay­dan arı, su­dan du­ru” işin­də. Yal­nız əzəl gün­dən meyl sa­lıb seç­dik­lə­ri sə­nət-pe­şə, kö­nül ve­rib sev­dik­lə­ri, se­vil­dik­lə­ri ər-ki­şi sər­ke­şin­də. Ne­cə ki, bu əf­sa­nə­vi sev­gi və sə­nət cüt­lü­yü­nün dün­ya­də­yi­şi­min­də (bir-bi­rin­dən xə­bər­siz və təx­mi­nən ey­ni gün, ey­ni saat­da!) həm­kar­la­rın­dan bi­ri bu folk­lo­ra­nə qo­şa­lı­ğa be­lə bir qoş­ma qoş­muş­du:

Za­lım dün­ya öz işin­də,
Gə­li­şin­də, ge­di­şin­də,
Gəl ağ­la­yaq yet­mi­şin­də
­Sev­gi­li­tək ölən­lə­rə...


...Han­sı ki, “Rə­sul-Ni­gar” ad­lı bu qo­şa­lıq hə­lə də ya­şa­maq­da! Hər gün anı­la-anı­la, ba­rə­lə­rin­də de­yi­lə-de­yi­lə, ya­zı­la-ya­zı­la, Fəx­ri xi­ya­ban­da cis­mən uyu­ya-uyu­ya ya­şa­maq­da. Bu dün­ya­da da, o dün­ya­da da qo­şa...

100 ya­şın o ba­şın­dan

Çox əzab-əziy­yət­lər­dən, psi­xo-so­ve­to­lo­ji “ö­lüm”­lər­dən son­ra sağ qa­lan, bəy­lik-bəy­za­də­lik na­mı­nı sax­la­ya-sax­la­ya ya­zıb-ya­ra­dan bu xa­nı­mın “o­lum­dan-ölü­mə” tər­cü­me­yi-ha­lı­nı tam ha­la gə­tir­mək ol­duq­ca çə­tin. Nə­dən ki, bu bir li­ri­ka-fi­zi­ka “an­to­qo­niz­mi”. De­fis işa­rə­si­nin bi­rin­ci tə­rə­fi - həm də kü­bar və ev­dar-ai­lə­dar Azər­bay­can qa­dı­nı­nın komp­lek­sal su­rə­ti­ni ya­şa­yıb-ya­rat­mış bir can­lı re­al bə­diiy­yat, ikin­ci tə­rə­fi isə qon­dar­ma pro­le­tar ob­ra­zı­nı özü ya­şa­ma­dan ya­rat­maq is­tə­yən qan­lı, to­tal par­ti­ya-so­ve­tiy­yat. An­caq, hər hal­da, bu xa­nım da hər kim­lik-nə­çi­lik­dən ön­cə, bir fərd...
1913-cü il iyu­lun 29-da Gən­cə­də do­ğu­lub. Bəy­za­də­lik, qə­nir­siz gö­zəl­lik-özəl­lik qis­mət­lə­ri “az­mış” ki­mi, Tan­rı ona özü­nə­məx­sus poe­tik is­te­dad, çox az xa­nı­ma xas olan mil­li-men­tal kod da bəxş et­miş­di. Hə­lə pay­tax­ta gə­lib, döv­rün can­lı se­çil­miş əsər­lə­ri içə­ri­sin­də ən se­çil­mi­şi ilə - Rə­sul Rza ilə rast­la­şa­ca­ğı, onun­la Kür-Araz ki­mi bir­lə­şib, ən nü­mu­nə­vi gen­der bə­ra­bər­li­yi­lə axıb sə­nət Xə­zə­ri­mi­zə in­ci­lər bəxş edə­cə­yi bir ya­na qal­sın. Am­ma bu mən­zi­lə çat­maq üçün o, qı­sa­ca coğ­ra­fi cı­ğır­lar, uzun­ca ta­ri­xi-rep­res­siv yol­lar keç­mə­li imiş...
On yed­di ya­şın­da Ba­kı Pe­da­qo­ji Tex­ni­ku­mu­nu bi­ti­rir, 1932-1936-cı il­lər­də Mosk­va Pe­da­qo­ji İns­ti­tu­tun­da təh­si­li­ni da­vam et­di­rir. Ba­kı ki­nos­tu­di­ya­sı­nın sse­na­ri şö­bə­sin­də, ha­be­lə fəh­lə-kənd­li mək­tə­bin­də ça­lı­şır. İs­te­da­dı­nı, iş­gü­zar­lı­ğı­nı se­zən­lər, ge­niş dün­ya­gö­rü­şü­nü du­yan­lar onu da­ha üs­tün mə­qam-mər­tə­bə­lə­rə də­vət edir­lər. “A­zər­nəşr”də mü­kəm­məl tər­cü­mə­çi adıy­la ta­nı­nır, “sö­zü anın­da, üs­lu­bu ba­nın­da” tu­tan re­dak­tor fəa­liy­yə­tin­də olur. Da­ha son­ra “U­şaq­gənc­nəşr”də mə­sul və­zi­fə­lər. Döv­rün xü­su­si diq­qət, ma­raq və mə­həb­bə­ti­lə qar­şı­la­nan şeir­lə­ri, ki­tab­la­rı ilə bə­ra­bər, ədə­bi tən­qid və ic­ti­maiy­yə­tin yük­sək qiy­mət­lən­dir­di­yi, ye­ni­cə sa­vad­lan­maq­da olan fəh­lə-kənd­li oxu­cu­la­rın “su ki­mi iç­di­yi” tər­cü­mə­lə­ri­lə də məş­hur­la­şır. “İfi­ge­ni­ya” (Ev­ri­pid), “Məkr və mə­həb­bət” (F.Şil­ler), “Van­ya da­yı” (A.P.Çe­xov), “Ovod” (E.L.Voy­niç) ki­mi əbə­diy­yət-ədə­biy­yat nü­mu­nə­lə­ri­ni di­li­mi­zə çe­vi­rir. Puş­kin, Ler­mon­tov, Şev­çen­ko, Mits­ke­viç, Se­re­te­li, Pe­tö­fi ki­mi öl­məz klas­sik­lə­ri Azər­bay­can di­li­nin bü­tün gö­zəl­lik­lə­ri, rən­ga­rəng in­cə­lik­lə­ri­lə oxu­cu­la­rı­mı­za çat­dı­rır.
Poe­zi­ya alə­mi­nə 16 ya­şın­da ikən “Dan ul­du­zu” jur­na­lın­da çap et­dir­di­yi “Çad­ra” ad­lı ilk şei­ri­lə dü­şən Ni­gar xa­nı­mın ilk ki­ta­bı 1934-cü il­də - öm­rü­nün iyir­mi bi­rin­ci ba­ha­rın­da işıq üzü gö­rür. “Şeir­lər” ad­lı o ki­tab, son­ra­la­rın “ə­də­bi tən­qid­”i­nin əkiz­ta­yı ki­mi do­ğu­lan “u­ğur­lu yol­”a dö­nür. O, qır­mı­zı so­vet­lə­rin “ic­ti­mai mən­şə­yi” ad­lı pa­raq­ra­fı­na rəğ­mən müx­tə­lif bar­yer­lər­lə üz­lə­şib, çox mə­şəq­qət­lər çək­sə də, ya­ra­dı­cı­lıq ya­rı­na olan son­suz sev­gi­si onu da­im sə­nə­tə - de­mə­li, əbə­di sa­ba­ha səs­lə­yib. Hə­min o son­suz sə­nət-sev­gi öm­rün gənc­lik dü­şər­gə­sin­də elə bir in­san-mə­həb­bət­lə də çul­ğa­şıb-bir­lə­şib ki, da­ha ona heç bir qu­ra­ma qüv­və ma­ne ola bil­mə­yib. Bu mə­həb­bə­tin Məc­nun ta­yı “Göz­lə­ri­nə de­nən ki, yu­xu­ma gir­mə­sin­lər!” ki­mi əf­sa­nə­vi poe­tik na­mə­lər ni­da­la­yır, Ley­li ta­yı isə “Ala göz­lüm, sən­dən ay­rı ge­cə­lər - Bir il ki­mi uzun olur, ney­lə­yim?” sual­la­yır­dı. Be­lə mə­sə­lə­lər­də - poe­tik qəlb alə­min­də hər bi­ri tam azad olan bu cüt­lük bö­yük mil­li amal plat­for­ma­sın­da - çə­ki­ci ey­ni zin­da­na vu­rur­du: “Mü­ba­ri­zə bu gün də var, ya­rın da, Mən də onun ən ön sı­ra­la­rın­da!” Bu fi­kir­lər çev­rə­sin­də isə Və­tən su­al-ca­vab­la­rı ya­ra­nır­dı. Mü­ha­ri­bə­lər əley­hi­nə, sülh, de­mok­ra­ti­ya, in­sa­ni­lik, azad­lıq na­mi­nə dü­şün­cə-da­şın­ca­lar do­ğu­lur­du. Öm­rün so­nu­na­dək “A­na­la­rın sə­si”, “Gü­nə­şin ca­va­bı”, “İ­şıq­lı dün­yam”, “Bi­zə ba­har ya­ra­şır”, “Hə­zin bir ax­şam­da düş­sən ya­dı­ma” və da­ha doq­quz ki­tab üzə­ri­nə onun im­za­sı vu­ru­lur­du. Nə de­yir­di, nə ya­zır­dı -

O zə­rif im­za...

Çi­çək­lə­rin çə­kir gö­zü in­ti­zar,
Ay­rı­lıq­dan be­tər dün­ya­da nə var?
Yaz ax­şa­mı sə­ni bil ki, bu Ni­gar
Hə­zin-hə­zin ya­da sa­lır, ney­lə­yim?
* * *

Mən ki, doy­ma­mış­dım heç vü­sa­lın­dan,
Mə­nə zülm elə­di ya­man ay­rı­lıq.
Nə olar­dı bir gün du­rub yu­xu­dan
Gö­rəy­dim ki, olub ya­lan ay­rı­lıq...

* * *

Mən si­zi bir da­ha gö­rə bil­mə­səm,
Xa­ti­rə­mi əziz sax­la­yın, dağ­lar.
Dö­şü­nüz­dən la­lə də­rə bil­mə­səm,
Siz mə­ni aran­da yox­la­yın, dağ­lar...

Mən ki, çox se­vər­dim dağ ha­va­sı­nı,
Se­vən ürək­lə­rin xoş sev­da­sı­nı,
Bir qə­rib gə­li­nin tu­tub ya­sı­nı,
Dost üçün do­yun­ca ağ­la­yın, dağ­lar.

* * *

Qa­dın ol­ma­say­dım əgər,
Qa­zan­la­rın, qab­la­rın,
Nim­çə­lə­rin, çöm­çə­lə­rin
­a­lə­min­dən qa­çar­dım...
...Ü­rə­yim bu mət­bəx alə­min­də
­ya­man da­rı­xır,
Mən
Bir az­ca da şai­rəm axı...

* * *

Əl­vi­da, ota­ğım, ma­vi də­ni­zim,
Əl­vi­da, qum­lar­da gö­rü­nən izim.
Yol­la­ra tö­kü­lən xə­zəl, əl­vi­da,
So­yuq tə­biət­li gö­zəl, əl­vi­da.
Də­niz­dən xoş əsən hə­zin rüz­ga­rım,
Sa­hi­lə dü­zü­lən qa­ğa­yı­la­rım,
Su­da qa­nad açan yel­kən, əl­vi­da...
Sa­bah ay­rı­lı­ram siz­dən, əl­vi­da...
Gö­rü­şə gə­lən­də hər yay, hər pa­yız
Si­zi ye­nə be­lə xoş­hal gö­rəy­dim.
Dün­ya se­vinc ilə do­lay­dı yal­nız -
Hic­ran gör­mə­yəy­dim, vü­sal gö­rəy­dim.
...Də­niz də dost­la­şar, çay da dost­la­şar -
İn­san­lar dün­ya­da dost ol­sa əgər...

Bu poe­tik ar­zu-di­lək­dən son­ra ye­nə hə­min “di­lem­ma”. Yə­ni “ney­lə­yim”, nə de­yim, nə ya­zım? Uzaq ba­şı bu­nu de­mək olar ki, onun dost ol­ma­ğa səs­lə­di­yi in­san­lar gün­də bir-iki kup­let­lik vaxt ayı­rıb, bu ki­mi klas­sik­lə­ri də oxu­sa­lar əgər, cə­miy­yə­ti­mi­zin ər­lik-xa­nım­lıq eti­ket­lə­ri da­ha yük­sək­lik­lə­rə uca­lar...

Ta­hir Ab­bas­lı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar