Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 2-də Bakı şəhərində İstiqlal Muzeyinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində İstiqlal Muzeyinin tikintisi üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 1 milyon manat vəsait ayrılıb.