Prezident İlham Əliyev Azərbaycan kino xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə Quliyev Rövşən Cavanşir oğlu, Məmmədov Böyükağa Zeynaloviç, Şıxlinski Ziya Ənvər oğluna “Əməkdar İncəsənət Xadimi” fəxri adı verilib. Hüseynova Kəmalə Müzəffər qızı, Qurbanova Gülzar Qurban qızı, Səmədov Əliqulu Qüdrət oğluna “Əməkdar Artist”, Dadaşov İsmayıl Cabir oğlu, Kərimova Tatyana Alekseyevna, Qalabəyov Şahin Zahid oğlu, Məmmədov Əziz Əmirbala oğlu, Sultan-zadə Almaz Hacıbaba qızı, Şarkovkina Lidiya İvanovnaya “Əməkdar Mədəniyyət İşçisi” fəxri adları verilib.
   * * *
   “Mədəniyyət” qəzetinin kollektivi fəxri ada layiq görülmüş kino xadimlərini təbrik edir, gələcək işlərində uğurlar arzulayır.