“Deutsche Welle”: “2012-ci ildə Azərbaycan Avropaya yaxşı şou göstərməyi vəd edib”
      
   Avqustun 2-də Almaniyanın məşhur “Deutsche Welle” nəşrində Azərbaycan haqqında geniş məqalə dərc olunub. Məqalə “Vestnik Kavkaza” analitik informasiya agentliyinin baş redaktoru Aleksey Vlasovun təhlili və fikirləri üzərində qurulub.
   
   2012-ci ildə Azərbaycan Avropaya yaxşı şou göstərməyi vəd edib: söhbət “Evrovision” musiqi yarışmasından gedir. 2011-ci ildə Avropanın musiqi müsabiqəsində qalib gəlmiş Azərbaycan Respublikası özünü yeni tərəfdən nümayiş etdirib. A.Vlasov belə hesab edir ki, ümumiyyətlə, bu ölkə çox şeyə qadirdir. Ekspert deyir: “Azərbaycan demoqrafik baxımdan gənc ölkədir. Onun böyük potensialı var və bu potensial neftdən gələn vəsait insan kapitalına yönəldilməsi sayəsində işə düşür. Azərbaycana gələn hər bir kəs xüsusən Bakının hər yerində irimiqyaslı tikinti ilə qarşılaşır. Paytaxt sakinlərinin özləri bəzən şəhərin simasının necə sürətlə dəyişdiyinə təəccüblənirlər. Azərbaycanın iqtisadi sabitliyini təmin edən neft gəlirlərinin bir hissəsi, həqiqətən də infrastrukturun inkişafına və şəhərsalmaya sərf edilir.
   “Vestnik Kavkaza” agentliyinin baş redaktoru Aleksey Vlasov belə hesab edir ki, hazırda Azərbaycanın qurduğu model səmərəlidir. Azərbaycanın başlıca məqsədi öz potensialını fəallaşdırmaqdır.