Yo­lum Le­rik ra­yo­nu­nun Bar­za­vu kən­di­nə - Şi­rə­li Müs­lü­mo­vun 168 il ömür sür­dü­yü mə­ka­na düş­müş­dü. Bu­ra­nın tor­pa­ğı­na, in­san­la­rı­na yax­şı bə­lə­dəm. Alt­mı­şın­cı il­lər­də kənd­də­ki mək­təb­də di­rek­tor iş­lə­mi­şəm. Hər ev mə­nə doğ­ma olub. Uzu­nö­mür­lü ağ­saq­qal­la­rı və ağ­bir­çək­lə­ri ilə gö­rüş­mü­şəm, söh­bət­lə­ri­ni qə­lə­mə al­mı­şam, len­tə kö­çür­mü­şəm. Şi­rə­li ba­ba və tay-tuş­la­rı ba­rə­də ya­zı­la­rım res­pub­li­ka mət­bua­tın­da, keç­miş İt­ti­fa­qın, Bol­qa­rıs­ta­nın, Pol­şa­nın, Ma­ca­rıs­ta­nın qə­zet­lə­rin­də dərc olu­nub.
   
   U­zun il­lər­dən son­ra ye­nə bu abad oba­da­yam. Bi­rin­ci Şi­rə­li ba­ba­nın qı­zı Hə­li­mə ba­cıy­la gö­rü­şü­rəm. Ar­tıq qo­ca­lıb. İn­di kən­din uzu­nö­mür­lü ağ­bir­çə­yi­dir, 100 yaş ərə­fə­sin­də­dir. An­caq güm­rah­dır, ev iş­lə­rin­də gə­lin­lə­ri­nə əl tu­tur, hə­yət-ba­ca­da ça­lı­şır, to­yuq-cü­cə sax­la­yır.
   Məq­sə­dim Le­rik uzu­nö­mür­lü­lə­ri ba­rə­də ya­za­ca­ğım ki­tab üçün ma­te­rial­lar top­la­maq­dır. Hə­li­mə ba­cı­nın son­be­şi­yi Ma­lik rəf­lər­də­ki qov­luq­la­rı bi­zə təq­dim edir. Nə­zər­lə­rim qov­luq­la­rın bi­rin­də­ki rəng­li fo­to­şə­kil üzə­rin­də da­yan­dı. Elə bil bu gün çə­ki­lib. Xə­yal mə­ni ötən il­lə­rə apa­rır...
   1960-cı ilin pa­yı­zı ye­ni­cə gəl­miş­di. Ha­va­lar hə­lə so­yu­ma­mış­dı. Bar­za­vu kən­di­nin də da­xil ol­du­ğu Cən­gə­mi­ran so­vet­li­yi­nin zi­ya­lı­la­rı­nı və ağ­saq­qal­la­rı­nı ra­yon mər­kə­zi­nə ça­ğır­mış­dı­lar. Mən də də­vət olu­nan­lar ara­sın­day­dım. Az keç­mə­miş Şi­rə­li ba­ba da at be­lin­də gə­lib çıx­dı. Ki­no­teat­rın bi­na­sın­da yı­ğın­caq baş­lan­dı. Ba­kı­dan, Na­zir­lər So­ve­tin­dən gəl­miş nü­ma­yən­də (təəs­süf ki, so­ya­dı və adı ya­dım­da qal­ma­yıb) tri­bu­na­ya qalx­dı, Şi­rə­li ba­ba­nı 155 il­lik yu­bi­le­yi mü­na­si­bə­tilə təb­rik et­di. Özü ilə gə­tir­di­yi qu­tu­nu açıb:
   - Vyet­nam Zəh­mət­keş­lər Par­ti­ya­sı Mər­kə­zi Ko­mi­tə­si­nin Baş ka­ti­bi Xo Şi Min Şi­rə­li ba­ba­ya 20 metr ipək par­ça və av­toq­raf­la şək­li­ni gön­də­rib, - de­di. Son­ra dost öl­kə­nin rəh­bə­ri­nin hə­diy­yə­si­ni el ağ­saq­qa­lı­na təq­dim et­di. Şi­rə­li ba­ba min­nət­dar­lı­ğı­nı bil­dir­di.
   Hə­min il Xo Şi Min 70 ya­şın­day­dı. Özü­nü Şi­rə­li ba­ba­nın nə­və­si sa­yıb şək­lin ar­xa­sın­da bu söz­lə­ri yaz­mış­dı: “Hör­mət­li ba­ba! Si­zə hə­yat­da xoş ömür və çox­lu şad gün­lər ar­zu­la­yı­ram. Hə­yat­da uzun, uzun ömür di­lə­yi­rəm. Hör­mət­lə, Xo Şi Min”.
   Vyet­na­mın döv­lət baş­çı­sı ya­rım əs­rə ya­xın­dır dün­ya­sı­nı də­yi­şib. Onun hə­diy­yə­si­ni və şək­li­ni Şi­rə­li ba­ba­nın nə­və­lə­ri əziz xa­ti­rə ki­mi sax­la­yır­lar.
   Və­rəq­lə­di­yim qov­luq­lar­da Uk­ray­na­nın Xalq şai­ri Ni­ko­lay Upe­ni­kin, Azər­bay­ca­nın Xalq şai­ri Sü­ley­man Rüs­tə­min əl­yaz­ma­la­rı, Al­ma­ni­ya­nın DE­FA ki­nos­tu­di­ya­sı­nın çək­di­yi qı­sa­met­raj­lı film­dən slayd­lar var.
   Hə­li­mə ba­cı­nın ra­zı­lı­ğı ilə Xo Şi Mi­nin şək­li­nin və av­toq­ra­fın su­rə­ti­ni çı­xa­rıb “U­zun­ömür­lü­lər mu­ze­yi”­nə təq­dim et­dik. Mu­ze­yin mü­di­ri Di­la­rə Fə­tul­la­ye­va bil­dir­di ki, böl­mə­lər­dən bi­ri Şi­rə­li Müs­lü­mo­vun hə­ya­tı­na həsr olu­nub. Bu böl­mə­də 100-ə ya­xın eks­po­nat nü­ma­yiş et­di­ri­lir. Onun 1937-ci il­də la­tın qra­fi­ka­sı ilə ya­zıl­mış pas­por­tu, kol­xoz­çu ki­tab­ça­sı, al­dı­ğı əməkhaq­la­rı cəd­vəl­lə­ri diq­qə­ti cəlb edir.
   Mu­zey­də Bar­za­vu kən­di­nin da­ha beş uzu­nö­mür­lü­sü ba­rə­də mə­lu­mat­lar top­la­nıb.
   
   Həm­zə Və­li­məm­mə­dov,
   Ə­mək­dar jur­na­list






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar