Yolum Lerik rayonunun Barzavu kəndinə - Şirəli Müslümovun 168 il ömür sürdüyü məkana düşmüşdü. Buranın torpağına, insanlarına yaxşı bələdəm. Altmışıncı illərdə kənddəki məktəbdə direktor işləmişəm. Hər ev mənə doğma olub. Uzunömürlü ağsaqqalları və ağbirçəkləri ilə görüşmüşəm, söhbətlərini qələmə almışam, lentə köçürmüşəm. Şirəli baba və tay-tuşları barədə yazılarım respublika mətbuatında, keçmiş İttifaqın, Bolqarıstanın, Polşanın, Macarıstanın qəzetlərində dərc olunub.
Uzun illərdən sonra yenə bu abad obadayam. Birinci Şirəli babanın qızı Həlimə bacıyla görüşürəm. Artıq qocalıb. İndi kəndin uzunömürlü ağbirçəyidir, 100 yaş ərəfəsindədir. Ancaq gümrahdır, ev işlərində gəlinlərinə əl tutur, həyət-bacada çalışır, toyuq-cücə saxlayır.
Məqsədim Lerik uzunömürlüləri barədə yazacağım kitab üçün materiallar toplamaqdır. Həlimə bacının sonbeşiyi Malik rəflərdəki qovluqları bizə təqdim edir. Nəzərlərim qovluqların birindəki rəngli fotoşəkil üzərində dayandı. Elə bil bu gün çəkilib. Xəyal məni ötən illərə aparır...
1960-cı ilin payızı yenicə gəlmişdi. Havalar hələ soyumamışdı. Barzavu kəndinin də daxil olduğu Cəngəmiran sovetliyinin ziyalılarını və ağsaqqallarını rayon mərkəzinə çağırmışdılar. Mən də dəvət olunanlar arasındaydım. Az keçməmiş Şirəli baba da at belində gəlib çıxdı. Kinoteatrın binasında yığıncaq başlandı. Bakıdan, Nazirlər Sovetindən gəlmiş nümayəndə (təəssüf ki, soyadı və adı yadımda qalmayıb) tribunaya qalxdı, Şirəli babanı 155 illik yubileyi münasibətilə təbrik etdi. Özü ilə gətirdiyi qutunu açıb:
- Vyetnam Zəhmətkeşlər Partiyası Mərkəzi Komitəsinin Baş katibi Xo Şi Min Şirəli babaya 20 metr ipək parça və avtoqrafla şəklini göndərib, - dedi. Sonra dost ölkənin rəhbərinin hədiyyəsini el ağsaqqalına təqdim etdi. Şirəli baba minnətdarlığını bildirdi.
Həmin il Xo Şi Min 70 yaşındaydı. Özünü Şirəli babanın nəvəsi sayıb şəklin arxasında bu sözləri yazmışdı: “Hörmətli baba! Sizə həyatda xoş ömür və çoxlu şad günlər arzulayıram. Həyatda uzun, uzun ömür diləyirəm. Hörmətlə, Xo Şi Min”.
Vyetnamın dövlət başçısı yarım əsrə yaxındır dünyasını dəyişib. Onun hədiyyəsini və şəklini Şirəli babanın nəvələri əziz xatirə kimi saxlayırlar.
Vərəqlədiyim qovluqlarda Ukraynanın Xalq şairi Nikolay Upenikin, Azərbaycanın Xalq şairi Süleyman Rüstəmin əlyazmaları, Almaniyanın DEFA kinostudiyasının çəkdiyi qısametrajlı filmdən slaydlar var.
Həlimə bacının razılığı ilə Xo Şi Minin şəklinin və avtoqrafın surətini çıxarıb “Uzunömürlülər muzeyi”nə təqdim etdik. Muzeyin müdiri Dilarə Fətullayeva bildirdi ki, bölmələrdən biri Şirəli Müslümovun həyatına həsr olunub. Bu bölmədə 100-ə yaxın eksponat nümayiş etdirilir. Onun 1937-ci ildə latın qrafikası ilə yazılmış pasportu, kolxozçu kitabçası, aldığı əməkhaqları cədvəlləri diqqəti cəlb edir.
Muzeydə Barzavu kəndinin daha beş uzunömürlüsü barədə məlumatlar toplanıb.
Həmzə Vəliməmmədov,
Əməkdar jurnalist