A­zər­bay­can
   
   31 yan­var 1879 - Məş­hur sa­ti­rik şa­ir Sə­məd Mən­sur (Sə­məd Ha­cı Əh­məd oğ­lu Ka­zı­mov; 1879 - 3.1.1927) Ba­kı­nın Əmir­can kən­din­də do­ğu­lub. "Mol­la Nəs­rəd­din", "Şey­pur", "Bə­si­rət" və s. jur­nal­lar­da şeir­lə­ri dərc edi­lib. Mil­li te­atr ta­ri­xi­miz­də xid­mət­lər gös­tə­rib. “Sə­fa” cə­miy­yə­ti­nin (1907-1918) ya­ra­dı­cı­sı olub, cə­miy­yə­tin nəz­din­də­ki te­atr üçün pyes­lər ya­zıb, tər­cü­mə­lər edib.
   31 yan­var 1884 - Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin qu­ru­cu­la­rın­dan bi­ri, gör­kəm­li ic­ti­mai-si­ya­si xa­dim, ya­zı­çı-pub­li­sist Mə­həm­məd Əmin Ha­cı Mol­la Ələk­bər oğ­lu Rə­sul­za­də (1884 - 6.3.1955, An­ka­ra) Ba­kı­nın Nov­xa­nı kən­din­də do­ğu­lub. 1918-ci il­də Za­qaf­qa­zi­ya Sey­min­də Azər­bay­can frak­si­ya­sı­na rəh­bər­lik edib, ma­yın 27-də Azər­bay­can Mil­li Şu­ra­sı­nın səd­ri se­çi­lib. Xalq Cüm­hu­riy­yə­ti­nin sü­qu­tun­dan son­ra mü­ha­ci­rə­tə ge­dib. Av­ro­pa­da, Tür­ki­yə­də Azər­bay­can mü­ha­ci­rə­ti­nə rəh­bər­lik edib. Döv­rün mət­bu or­qan­la­rın­da ya­zı­lar­la çı­xış edib. Ba­kı­da "Açıq söz" qə­ze­ti­ni, mü­ha­ci­rət­də "Azə­ri tür­kü", "Od­lu yurd", "Qur­tu­luş" jur­nal­la­rı­nı, "Bil­di­riş”, "İs­tiq­lal" qə­zet­lə­ri­ni nəşr et­di­rib. “Əs­ri­mi­zin Sə­ya­vu­şu”, “A­zər­bay­can şai­ri Ni­za­mi”, “Çağ­daş Azər­bay­can ədə­biy­ya­tı", "Çağ­daş Azər­bay­can ta­ri­xi" və s. əsər­lə­rin müəl­li­fi­dir. An­ka­ra­da və­fat edib, Əs­ri qə­bi­ris­tan­lı­ğın­da dəfn olu­nub.
   31 yan­var 1915 - Ta­nın­mış akt­ri­sa, Xalq ar­tis­ti Ve­ra Kar­lov­na Şir­ye (1915-2003) ana­dan olub. Uzun il­lər Azər­bay­can Döv­lət Rus Dram Teat­rın­da ça­lı­şıb.
   31 yan­var 1924 - Ta­nın­mış şa­ir, ya­zı­çı­, Ə­mək­dar in­cə­sə­nət xa­di­mi Əli Tu­də (Əli Əli­qu­lu oğ­lu Ca­vad­za­də; 1924 - 26.2.1996) Ba­kı­da ana­dan olub. Əs­lən Ər­də­bi­lin Ça­nax­bu­laq kən­din­dən­dir. Ata-ana­sı­nı er­kən iti­rib. 1938-ci il­də nə­nə­si ilə Cə­nu­bi Azər­bay­ca­na köç­mə­yə məc­bur olub, azad­lıq hə­rə­ka­tın­da iş­ti­rak edib. Hə­rə­ka­tın sü­qu­tun­dan son­ra 1946-cı il­də Ba­kı­ya gə­lib. Ki­tab­la­rı: “A­raz üs­tə pa­lıd”, “Mə­nə elə bax­ma” (nəsr), “Təb­riz yo­lu” və s.
   31 yan­var 1963 - Gör­kəm­li akt­yor, SSRİ Xalq ar­tis­ti Ələs­gər Ha­cıa­ğa oğ­lu Ələk­bə­rov (26.3.1910 - 1963) və­fat edib. Te­atr ta­ma­şa­la­rın­da (“Va­qif” - S.Vur­ğun, “O­tel­lo” - U.Şeks­pir və s.), ki­no­da (“Fə­tə­li xan”, “Qa­ra daş­lar”, “U­zaq sa­hil­lər­də”, “Ögey ana”, “Bö­yük da­yaq” və s.) unu­dul­maz ob­raz­lar ya­ra­dıb.
   
   1 fev­ral 1949 - Tür­ki­yə­nin pay­tax­tı An­ka­ra­da "Azər­bay­can Kül­tür Dər­nə­yi" tə­sis edi­lib. Bu, dün­ya­da azər­bay­can­lı dias­po­ru­nun təş­ki­lat­lan­ma­sı sa­hə­sin­də ilk ad­dım idi.
   1 fev­ral 2004 - Re­jis­sor, akt­yor, Xalq ar­tis­ti Lüt­fi Şah­baz oğ­lu Məm­məd­bə­yov (6.2.1927 - 2004) və­fat edib. 60-dan çox te­le­vi­zi­ya ta­ma­şa­sı­na, “İt­kin gə­lin” te­le­se­ria­lı­na qu­ru­luş ve­rib. “O ol­ma­sın, bu ol­sun”, “Qız­mar gü­nəş al­tın­da”, “Sə­hər”, “Sehr­li xa­lat” və s. film­lər­də çə­ki­lib.
   
   2 fev­ral 1891 - İc­ti­mai xa­dim, jur­na­list, tər­cü­mə­çi Cey­hun bəy Əb­dül­hü­seyn oğ­lu Ha­cı­bəy­li (1891 - 22.10.1962) ana­dan olub. Da­hi bəs­tə­kar Üze­yir Ha­cı­bəy­li­nin ki­çik qar­da­şı­dır. Xalq Cüm­hu­riy­yə­ti döv­rün­də “A­zər­bay­can” qə­ze­ti­nin re­dak­to­ru olub. Fran­sa­ya mü­ha­ci­rə­tə ge­dib, ora­da və­fat edib. Mə­za­rı Pa­ris­də­dir.
   2 fev­ral 1912 - Xalq ar­tis­ti, re­jis­sor Mə­hər­rəm Ka­zım oğ­lu Ha­şı­mov (1912-2.5.1969) ana­dan olub. Gənc Ta­ma­şa­çı­lar Teat­rın­da, Döv­lət Rus Dram Teat­rın­da baş re­jis­sor iş­lə­yib.
   2 fev­ral 1932 - Ta­nın­mış dil­çi alim, pro­fes­sor, Əmək­dar elm xa­di­mi, AMEA-nın hə­qi­qi üz­vü Ağa­mu­sa Ağa­sı oğ­lu Axun­dov Kür­də­mir­də do­ğu­lub. AMEA-nın hu­ma­ni­tar və ic­ti­mai elm­lər böl­mə­si­nin aka­de­mik ka­ti­bi, Dil­çi­lik İns­ti­tu­tu­nun di­rek­to­ru iş­lə­yib. “Şöh­rət” or­de­ni ilə təl­tif edi­lib.
   2 fev­ral 1936 - Əmək­dar mə­də­niy­yət iş­çi­si, bəs­tə­kar Rə­şid Rza oğ­lu Məm­mə­dov ana­dan olub. Nax­çı­van Döv­lət Mu­si­qi­li Dram Teat­rın­da bir çox ta­ma­şa­la­ra mu­si­qi ya­zıb.
   2 fev­ral 1996 - Azər­bay­can gənc­lə­ri­nin ilk ümum­res­pub­li­ka fo­ru­mu ke­çi­ri­lib. Fo­rum­da Pre­zi­dent Hey­dər Əli­yev iş­ti­rak edib. Pre­zi­dent Hey­dər Əli­ye­vin im­za­la­dı­ğı fər­man­la 1997-ci il­dən eti­ba­rən 2 fev­ral Azər­bay­can­da Gənc­lər Gü­nü ki­mi qeyd edi­lir.
   3 fev­ral 1962 - Xalq ar­tis­ti, akt­yor Sə­məd Məm­məd oğ­lu Möh­lə­vi (20.2.1900 - 1962) və­fat edib.
   3 fev­ral 1949 - Xalq rəs­sa­mı Hü­seyn­qu­lu Əli oğ­lu Əli­yev Or­du­bad ra­yo­nu­nun Bist kən­din­də ana­dan olub. 1988-ci il­dən C.Məm­məd­qu­lu­za­də adı­na Nax­çı­van Döv­lət Mu­si­qi­li Dram Teat­rı­nın baş rəs­sa­mı­dır.
   3 fev­ral 1990 - Gör­kəm­li akt­yor Ham­let Xa­nı­za­də (5.6.1941 - 1990) və­fat edib. “Yed­di oğul is­tə­rəm”, “A­xı­rın­cı aşı­rım”, “Ba­bək”, “Ar­xa­dan vu­ru­lan zər­bə”, “Qı­zıl uçu­rum”, “Qətl gü­nü” və s. film­lər­də çə­ki­lib. Te­le­vi­zi­ya və te­atr ta­ma­şa­la­rın­da yad­da­qa­lan ob­raz­lar ya­ra­dıb.
   
   4 fev­ral 1939 - Xalq ar­tis­ti, akt­yor Ta­ri­yel İs­gən­dər oğ­lu Qa­sı­mov Ağs­ta­fa­nın Kö­çəs­gər kən­din­də ana­dan olub. Gənc Ta­ma­şa­çı­lar Teat­rı­nın akt­yo­ru­dur. “A­xı­rın­cı aşı­rım”, “Vul­ka­na doğ­ru”, “Doğ­ma sa­hil­lər” və s. film­lər­də çə­ki­lib.
   4 fev­ral 1945 - Gör­kəm­li mü­ğən­ni və bəs­tə­kar, Xalq ar­tis­ti Po­lad Bül­bü­loğ­lu ana­dan olub. “Qorx­ma, mən sə­nin­lə­yəm!” (baş ro­lun ifa­çı­sı), “U­şaq­lı­ğın son ge­cə­si”, “Ba­bək”, “Ən va­cib mü­sa­hi­bə”, “İs­tin­taq da­vam edir”, “Se­vinc bux­ta­sı”, “Hökm­da­rın ta­le­yi”, "Do­lu" və s. film­lə­rə mu­si­qi ya­zıb. 1988-2006-cı il­lər­də Azər­bay­ca­nın mə­də­niy­yət na­zi­ri olub. 2006-cı il­dən öl­kə­mi­zin Ru­si­ya­da sə­fi­ri­dir.
   4 fev­ral 1956 - Xalq ar­tis­ti, xa­nən­də Sə­ki­nə Qu­lu qı­zı İs­ma­yı­lo­va ana­dan olub. Ope­ra və Ba­let Teat­rın­da Ley­li ("Ley­li və Məc­nun", Ü.­Ha­cı­bəy­li), Ərəb­zən­gi ("Şah İs­ma­yıl", M.Ma­qo­ma­yev) və s. par­ti­ya­la­rı uğur­la ifa edib.
   
   Dün­ya
   
   31 yan­var 1715 - Fran­sız ma­te­ria­list fi­lo­so­fu Klod Ad­rian Hel­vet­si (Clau­de Ad­rien Hel­ve­tius; 1715-26.12.1771) ana­dan olub. Əsər­lə­ri: “Xoş­bəxt­lik”, “A­ğıl haq­qın­da” və s.
   31 yan­var 1797 - Avstri­ya bəs­tə­ka­rı Frans Şu­bert (Franz Pe­ter Schu­bert, 1797-1828) ana­dan olub. Mu­si­qi­də ro­man­tiz­min ba­ni­lə­rin­dən bi­ri­dir. “Al­fon­so və Est­rel­la” ope­ra­sı, doq­quz sim­fo­ni­ya, 600-dən çox mah­nı­nın müəl­li­fi­dir.
   31 yan­var 1921 - Ame­ri­ka ope­ra mü­ğən­ni­si, akt­yor Ma­rio Lan­sa (Ma­rio Lan­za - əsl adı Alf­re­do Ar­nol­do Co­coz­za, 1921-1959) ana­dan olub.
   31 yan­var 1924 - Gür­cü ki­no­re­jis­so­ru, SSRİ Xalq ar­tis­ti Ten­giz Abu­lad­ze (1924-1994) ana­dan olub. Film­lə­ri: “Mən, nə­nəm, İi­li­ko və İl­la­rion”, “Yal­va­rış”, “Ar­zu ağa­cı”, “Töv­bə” və s.
   31 yan­var 1935 - Ya­pon ya­zı­çı­sı, ədə­biy­yat üz­rə No­bel mü­ka­fa­tı (1994) lau­rea­tı Kend­za­bu­ro Oe ana­dan olub. Əsər­lə­ri: “Şəx­si təc­rü­bə”, “Müa­sir­lə­rin oyu­nu”, “Hə­ya­tın qo­hum­la­rı”, “İ­ki­yüz­yaş­lı uşaq”, Əziz keç­mi­şə mək­tub­lar” və s.
   31 yan­var 1937 - Lit­va akt­yo­ru, SSRİ Xalq ar­tis­ti Re­qi­man­tas Ado­may­tis (Re­gi­man­tas Ado­mai­tis) ana­dan olub. Film­lə­ri: “Bu şi­rin söz - azad­lıq”, “Hə­yat gö­zəl­dir”, “İl­ğım” və s.
   31 yan­var 1939 - Ru­si­ya­nın Xalq ar­tis­ti, ta­nın­mış akt­yor Alek­sandr Po­ro­xov­şi­kov (1939 - 15.4.2012) ana­dan olub. Film­lə­ri: “Öz­gə­lər ara­sın­da doğ­ma, özü­nün­kü­lər ara­sın­da yad”, “Ka­pi­tan Ne­mo”, “Vo­ro­şi­lov ni­şan­çı­sı” və s.
   31 yan­var 1987 - SSRİ Xalq ar­tis­ti Ve­ri­ko İv­lia­nov­na An­ca­pa­rid­ze (6.10.1900 -1987) və­fat edib. Azər­bay­can­da “O­nu ba­ğış­la­maq olar­mı?” fil­min­də ana ro­lun­da çə­ki­lib.
   
   1 fev­ral 1895 - Ame­ri­ka ki­no­re­jis­so­ru, re­jis­sor­lar ara­sın­da ən çox (4 də­fə) “Os­kar” mü­ka­fa­tı­na la­yiq gö­rül­müş Con Ford (John Ford - John Mar­tin Fee­ney; 1895-1973) ana­dan olub.
   1 fev­ral 1901 - Ame­ri­ka akt­yo­ru, “Os­kar” lau­rea­tı Klark Qeybl (Wil­liam Clark Gab­le; 1901-1960) ana­dan olub. «Kü­lək­lə sov­ru­lan­lar» fil­min­də Rett Bart­ler ro­lu ilə məş­hur­la­şıb.
   1 fev­ral 1942 - Ru­si­ya­nın Xalq ar­tis­ti, məş­hur mü­ğən­ni Lev Va­ler­ya­no­viç Leş­şen­ko ana­dan olub.
   1 fev­ral 1999 - Məş­hur türk mu­si­qi­çi­si, bəs­tə­kar, te­le­vi­zi­ya apa­rı­cı­sı Ba­rış Man­ço (2.1.1943 - 1999) və­fat edib. Tür­ki­yə­də rok mu­si­qi­si­nin ön­cül­lə­rin­dən bi­ri­dir. Bəs­tə­lə­di­yi 200-dən çox mah­nı ona 12 qı­zıl və 1 pla­tin al­bom (1 mil­yon sa­tış) qa­zan­dı­rıb. Ha­zır­la­dı­ğı te­le­vi­zi­ya proq­ram­la­rı ilə bir çox öl­kə­lər­də sə­fər­də olub.
   
   2 fev­ral 1595 - Ni­der­land rəs­sa­mı, klas­si­siz­min ta­nın­mış nü­ma­yən­də­si Ya­kob van Kam­pen (Ja­cob van Cam­pen, 1595-1657) ana­dan olub.
   2 fev­ral 1616 - Fran­sız rəs­sa­mı Se­bas­tian Bur­don (Se­bas­tien Bour­don, 1616-1671) ana­dan olub.
   2 fev­ral 1700 - Al­man ya­zı­çı­sı və mə­də­niy­yət xa­di­mi Yo­hann Kris­tof Qott­şed (Jo­hann Chris­toph Gottsched; 1700-1766) ana­dan olub.
   2 fev­ral 1873 - Avstri­ya bəs­tə­ka­rı Leo Fall (1873-1925) ana­dan olub. “Ma­dam Pom­pa­dur”, “Dol­lar şah­za­də­si” və s. ope­ret­ta­la­rın müəl­li­fi­dir.
   2 fev­ral 1875 - Avstri­ya əsil­li Ame­ri­ka bəs­tə­ka­rı, skrip­ka­çı, XX əs­rin ən ta­nın­mış ifa­çı­la­rın­dan bi­ri Frits Kreys­ler (Fritz Kreis­ler; 1875-1962) ana­dan olub.
   2 fev­ral 1882 - İr­land ya­zı­çı­sı və şai­ri, mo­der­niz­min nü­ma­yən­də­si Ceyms Coys (Ja­mes Au­gus­ti­ne Aloy­sius Joy­ce; 1882-1941) ana­dan olub.
   2 fev­ral 1883 - Rus bəs­tə­ka­rı, məş­hur mu­si­qi­çi­lər ai­lə­si Qne­sin­lə­rin nü­ma­yən­də­si Mi­xail Fa­bia­no­viç Qne­sin (1883-1957) ana­dan olub. Onun beş ba­cı­sı da ta­nın­mış mu­si­qi­çi olub. Qne­sin­lər adı­na Ru­si­ya Mu­si­qi Aka­de­mi­ya­sı­nın əsa­sı­nı on­lar qo­yub­lar.
   2 fev­ral 1934 - Ta­nın­mış gür­cü re­jis­so­ru Otar İo­se­lia­ni ana­dan olub. 1984-cü il­də Fran­sa­ya mü­ha­ci­rət edib, 2006-da Gür­cüs­ta­na qa­yı­dıb. Film­lə­ri: “A­yın fa­vo­rit­lə­ri”, “Nəğ­mə­kar qa­ra­to­yuq var­dı”, “Ço­ban” və s.
   
   3 fev­ral 1809 - Al­man bəs­tə­ka­rı, di­ri­jor Fe­liks Men­del­son (Ja­kob Lud­wig Fe­lix Men­dels­sohn Bart­holdy; 1809-4.11.1847) ana­dan olub. Məş­hur “Toy” mar­şı­nın müəl­li­fi­dir.
   3 fev­ral 1872 - Rus me­ma­rı, neok­las­si­siz­min nü­ma­yən­də­si İvan Alek­sand­ro­viç Fo­min (1872-1936) ana­dan olub.
   3 fev­ral 1899 - Çin ədə­biy­ya­tı­nın gör­kəm­li nü­ma­yən­də­si, ya­zı­çı-dra­ma­turq Lao Şe (1899-1966) ana­dan olub.
   
   4 fev­ral 1900 - Fran­sız şai­ri, ki­nos­se­na­rist Jak Pre­ver (Jac­ques Pre­vert, 1900-1977) ana­dan olub.
   4 fev­ral 1915 - İn­gi­lis akt­yo­ru, “mis­ter Pit­kin” haq­qın­da ki­no­ko­me­di­ya­lar­da baş ro­lun ifa­çı­sı Nor­man Uiz­dom (Nor­man Jo­seph Wis­dom, 1915-2010) ana­dan olub.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar