İranın islami irşad və mədəniyyət naziri Məhəmməd Hüseyni oktyabrın 3-də Azərbaycana səfər edəcək. İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami bildirib ki, səfər Azərbaycanda keçiriləcək İran Mədəniyyəti Günləri çərçivəsində baş tutacaq.
   Azərbaycan və İran arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə oktyabrın 3-dən 7-dək Azərbaycanda İran Mədəniyyəti Günləri keçiriləcək.
   Üç gün Bakıda, iki gün Gəncədə keçiriləcək Mədəniyyət Günləri çərçivəsində musiqi, kino, əlyazma, teatr, əl işləri, rəssamlıq nümunələri təqdim olunacaq, sərgi, konfranslar və digər tədbirlər keçiriləcək. Mədəniyyət günləri çərçivəsində Çingiz Mehdipurun rəhbərlik etdiyi aşıqlar qrupu konsert verəcək. Həmçinin Təbrizin tanınmış xəttatlarından olan Davud Niknamın əl işlərindən ibarət sərgi təşkil olunacaq.
   Qeyd edək ki, 2010-cu ildə İranın Tehran və Təbriz şəhərlərində Azərbaycan Mədəniyyəti Günləri keçirilib.