Martın 2-3-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin III Forumu keçiriləcək. Prezident İlham Əliyev Forumun iştirakçılarına təbrik göndərib. “İslam sivilizasiyası əsrlər boyu sülh və tolerantlığı, bəşəri ideyaları, humanizm və mərhəməti təşviq etmiş və milyonlarla insanı bu ali dəyərlər ətrafında birləşdirmişdir. Uzun illərdir ki, Azərbaycanda islam mədəniyyəti və islam dini ilə yanaşı bütün başqa dinlərə dərin hörmət, dözümlülük, müxtəlif dinlərə mənsub olan insanların əməkdaşlıq və sülh şəraitində yaşayışı əsas həyat tərzinə çevrilib. Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi sivilizasiyalar və mədəniyyətlərarası dialoqun təşviqinə qarşılıqlı hörmət və anlaşma əsasında öz töhfəsini verir. Azərbaycanın İƏT-in xətti ilə keçirilən çoxsaylı tədbirlərin məkanına çevrilməsinin həm coğrafi, həm tarixi, həm də elmi-mədəni əsasları vardır”, - deyə müraciətdə vurğulanır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar