İyunun 28-də Bakıda “Rusiya - Azərbaycan dialoqu - 2012” üçüncü Rusiya-Azərbaycan regionlararası forumu keçirilib.
   
   Rusiya Federasiyası və Azərbaycan Respublikası prezidentləri administrasiyalarının dəstəyi ilə “Avrasiya Tədqiqatları İnstitutu” İnkişaf Fondu tərəfindən təşkil olunan forumun işində hər iki ölkənin prezident administrasiyalarının, parlamentlərinin, mərkəzi və regional hakimiyyət orqanlarının, elm və təhsil müəssisələrinin, biznes strukturlarının, KİV və QHT-lərinin nümayəndələri iştirak ediblər.
   Tədbirin məqsədi Azərbaycanla Rusiya arasında iqtisadi, elmi-texniki və humanitar əməkdaşlığın vəziyyətini araşdırmaq, mövcud əlaqələrin daha da genişləndirilməsi üçün təklif və tövsiyələr hazırlamaqdır.
   Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Prezident İlham Əliyevin və Rusiya Federasiyası Prezidenti Administrasiyasının Xarici Ölkələrlə Regionlararası və Mədəni Əlaqələr İdarəsinin rəisi Vladimir Çernov Prezident Vladimir Putinin forum iştirakçılarına təbrik məktublarını oxuduqdan sonra forum plenar iclasla davam etdirilib.
   Sonra Rusiya ilə Azərbaycanın infrastruktur, enerji layihələri, maliyyə-bank sistemi, nəqliyyat strategiyası, humanitar sahədə işbirliyi və s. məsələlər müzakirə olunub, sonda forumun yekun bəyannaməsi qəbul edilib. Sənəddə qeyd olunur ki, regionlararası əməkdaşlığın inkişafı Azərbaycan və Rusiya xalqlarının köklü maraqlarına cavab verir, etimadın və qarşılıqlı yaxınlaşmanın möhkəmlənməsinə xidmət edir. Tərəflər ikitərəfli dialoqun irəli aparılmasına Azərbaycanla Rusiyanın subyektləri arasında əlaqələrin effektivliyinin artırılması yolu ilə töhfə verməyə hazır olduqlarını bir daha təsdiqləyiblər. Bəyannamədə əməkdaşlığın inkişafının prioritet istiqamətləri sırasında qarşılıqlı sərfəli ticarətin inkişafı üçün münbit şəraitin formalaşdırılması, istehsal kompleksinə investisiyaların artırılması, əmək miqrasiyası sahəsində ikitərəfli müqavilə bazasının mükəmməlləşdirilməsi, nəqliyyat kommunikasiyaları və rabitə sahəsinə dəstək mexanizmlərinin yaradılması və onların inkişafı, aqrosənaye kompleksi sahəsində əməkdaşlığın inkişafı, yanacaq-energetika, sənaye və aqrosənaye, nəqliyyat kompleksləri sahəsində sahələrarası dialoqun intensivləşdirilməsi, maliyyə sektorunda əməkdaşlıq, ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan rasional istifadə sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi, Azərbaycanda və Rusiyanın subyektlərində Rusiya və Azərbaycan diasporlarının etnik, dil və mədəni bənzərsizliklərinin qorunması və inkişafı üçün münbit şəraitin təmin edilməsi kimi müddəalar yer alıb.
   Bəyannamədə Azərbaycanla Rusiya arasında uzunmüddətli iqtisadi əməkdaşlıq proqramının tezliklə imzalanmasının vacibliyi qeyd olunur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar