Bakıda keçiriləcək II Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq davam edir
Xəbər verdiyimiz kimi, 29 may-1 iyun tarixlərində Bakıda II Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında gerçəkləşəcək beynəlxalq tədbirin əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edir. Forumda beynəlxalq qurumların rəhbərləri, bir neçə ölkənin hazırkı və keçmiş prezidentləri, dünyanın 100-dən çox ölkəsindən nazirlər, ekspertlər, beyin mərkəzlərinin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edəcək. Onların arasında Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç və bu ölkənin baş nazirinin müavini Milanka Opaçiç, Bolqarıstanın sabiq prezidenti Georgi Pırvanov, Amerika Dövlətləri Təşkilatının beynəlxalq əlaqələr üzrə direktoru Corc Sanin, digər yüksək səviyyəli qonaqlar olacaq. Forumun “Cənub-Şərqi Avropa, Qara dəniz və Qafqaz regionunda mədəni dəhlizlər-birgə irs, ümumi vəzifələr, davamlı gələcək" sessiyasına G.Pırvanov sədrlik edəcək. Tədbir çərçivəsində Azərbaycanla Amerika Dövlətləri Təşkilatı arasında münasibətlərin inkişafının təmin edilməsi məqsədilə müzakirələr aparılacaq.
Forumun proqramına "Dünyanın gələcəyini birgə necə qurmaq lazımdır?", "Qloballaşmanın yeni erası: dəyişən dünyada mədəniyyətdə hibritləşmə", "Mədəni müxtəliflik üçün ictimai dəstəyi necə qurmaq lazımdır?", "Qlobal vətəndaşlıq: mədəniyyətlərarası fəaliyyətlərə doğru", "Tarixin tədrisi vasitəsilə mədəniyyətlərarası dialoq: ən yaxşı təcrübələr və çətinliklər", "Müsəlman və Qərb dünyası arasında mədəniyyətlərarası dialoqun təşviq olunması", "XXI əsr üçün mədəniyyətlərarası bacarıqların qurulması", "Turizm - insanlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşma və tolerantlığın əsas aparıcısı kimi" sessiyaları daxildir. Bundan əlavə, "Mədəniyyətlərarası dialoq: etiqad və elm", "XXI əsrdə müxtəliflik üçün urbanizasiya siyasəti: mədəniyyətlərarası şəhər paradiqması", “Mədəniyyətlərarası dialoq, çeşidlilik və təmsilçiliyin təşviqində vətəndaş cəmiyyətinin rolu", "Mədəniyyətlərarası dialoqun və çeşidliliyin təşviqində korporativ sektorun rolu" mövzusunda sessiyalar keçiriləcək.
Beynəlxalq tədbir çərçivəsində Azərbaycanın Şərqlə Qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi nəzərə alınaraq ilk dəfə Dünya Forumu Nazirlər Konfransı keçiriləcək. Konfrans çərçivəsində "Mədəniyyət və yaradıcılıq mədəniyyətlərarası etimadı necə yarada bilər?", "Mədəniyyətlərarası dialoq üçün birgə əsas: mədəni irs və turizm" sessiyaları təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 27 may tarixli sərəncamı ilə Forum hər iki ildə bir dəfə Bakıda keçirilir və tədbirin əlaqələndirici qurumu kimi Mədəniyyət və Turizm Nazirliyi təyin edilib.