2013-cü il­də Azər­bay­can ədə­biy­ya­tı­nın ta­nın­mış nü­ma­yən­də­si, şa­ir və dra­ma­turq İs­lam Əh­məd oğ­lu Sə­fər­li­nin 90 il­li­yi ta­mam ol­muş­dur.
   İs­lam Sə­fər­li bü­tün ya­ra­dı­cı­lı­ğı bo­yu ana di­li­nin ge­niş bə­dii im­kan­la­rın­dan us­ta­lıq­la fay­da­lan­mış, və­tən tə­biə­ti­nin gö­zəl­lik­lə­ri­ni və in­sa­nın mə­nə­vi alə­mi­nin zən­gin­lik­lə­ri­ni tə­rən­nüm edən, yük­sək şe­riy­yə­tə ma­lik əsər­lə­ri ilə mil­li ədə­biy­ya­tı zən­gin­ləş­dir­miş­dir.
   A­zər­bay­can ədə­biy­ya­tı­nın in­ki­şa­fın­da özü­nə­məx­sus xid­mət­lə­ri olan şa­ir və dra­ma­turq İs­lam Sə­fər­li­nin 90 il­lik yu­bi­le­yi­nin ke­çi­ril­mə­si­ni tə­min et­mək məq­sə­di ilə, Azər­bay­can Res­pub­li­ka­sı Kons­ti­tu­si­ya­sı­nın 109-cu mad­də­si­nin 32-ci bən­di­ni rəh­bər tu­ta­raq qə­ra­ra alı­ram:
   1. Azər­bay­can Res­pub­li­ka­sı­nın Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi, Azər­bay­can Ya­zı­çı­lar Bir­li­yi­nin tək­lif­lə­ri­ni nə­zə­rə al­maq­la, İs­lam Sə­fər­li­nin 90 il­lik yu­bi­le­yi­nə da­ir təd­bir­lər pla­nı­nı ha­zır­la­yıb hə­ya­ta ke­çir­sin.
   2. Azər­bay­can Res­pub­li­ka­sı­nın Na­zir­lər Ka­bi­ne­ti bu Sə­rən­cam­dan irə­li gə­lən mə­sə­lə­lə­ri həll et­sin.
   
   İl­ham Əli­yev
   A­zər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti
   ­Ba­kı şə­hə­ri, 6 av­qust 2013-cü il.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar