Sumqayıt Dövlət Rəsm Qalereyasında ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibətilə “Mən kökümlə bu torpağa bağlıyam” adlı sərgi-müsabiqə keçirilib.
Şəhər mədəniyyət və turizm idarəsinin, gənclər və idman baş idarəsinin dəstəyi ilə ərsəyə gələn müsabiqənin məqsədi istedadlı və yaradıcılıq qabiliyyəti ilə seçilən fəal şagirdləri üzə çıxarmaqdır.
İki yaş qrupunda (10-13 və 14-17) keçirilən müsabiqədə orta ümumtəhsil və uşaq incəsənət məktəblərinin şagirdləri iştirak ediblər.
10-13 yaş qrupu üzrə Mədinə Əhmədova (35 saylı tam orta məktəb) 1-ci yerə, Nərmin Məcidli (Ə.Bakıxanov adına və uşaq incəsənət məktəbi) 2-ci, Fidan Quliyeva (1 saylı tam orta məktəb) isə 3-cü yerə layiq görülüblər.
14-17 yaş qrupunda Aytac Rəşidova (27 saylı tam orta məktəb) 1-ci, Sevda Mahmudova (məktəbdənkənar tərbiyə işi mərkəzi) 2-ci, Simuzər Əhmədzadə (23 saylı tam orta məktəb) 3-cü olub.
Qaliblər Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi, Sumqayıt Dövlət Rəsm Qalereyası və Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən mükafatlandırılıblar.
Fariz Yunisli