Naxçıvan Muxtar Respublikası Şərur rayonu ərazisindəki Qızqala yaxınlığında yeni arxeoloji araşdırmalar aparılır. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin verdiyi məlumata görə, tədqiqatın ilkin nəticələri uğurlu olub.
   Qızqala ətrafında eneolit, erkən tunc, orta tunc, dəmir dövrü və orta əsrləri əhatə edən yeni yaşayış yeri aşkar edilib. Bu tarixi məkan I və II Kültəpələrdən sonra təbəqənin qalınlığına görə ən görkəmli yaşayış yeridir. Tarixi qatın qalınlığı hazırda 11-15 metr arasındadır. Mütəxəssislər təbəqənin daha qalın olacağını düşünürlər. Yaşayış yeri ərazisinə görə I və II Kültəpədən daha böyükdür. İlkin ölçmələr yaşayış yerinin 8 hektar sahəni əhatə etdiyini göstərir.
   
   Fariz