F.Köçərli adına Respublika Uşaq Kitabxanası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə artıq üç ildir ki, regionlarda “Kitab karvanı” adlı səyyar sərgilər təşkil edir.
Məqsəd respublikanın şəhər və rayon MKS-lərinin mərkəzi kitabxanalarında və filiallarında uşaq ədəbiyyatının azlığını nəzərə alaraq, səyyar sərgilərlə uşaq ədəbiyyatına olan marağı yüksəltmək, uşaqları mütaliəyə cəlb etməkdir.
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Uşaq kitab karvanı - Şirvan yolunda” adlı səyyar sərgiyə noyabrın 4-də Şirvan şəhərində start verilib. Tədbirdə uşaq yazarlarından İlyas Tapdıq, Zahid Xəlil, Gülzar İbrahimova, Ələmdar Quluzadə, Rafiq Yusifoğlu, Sevinc Nuruqızı, Qəşəm İsabəyli, Reyhan Yusifqızı, “Tumurcuq” qəzetinin baş redaktoru Səməd Məlikzadə iştirak edib. Çıxışlarda bu cür tədbirlərin əhəmiyyəti vurğulanıb. Sərgidə son illərdə çapdan çıxan 750 nüsxə uşaq ədəbiyyatı nümunələri təqdim olunub.
Şirvan şəhər uşaq musiqi məktəbi yetirmələrinin, rəqs qrupunun ifaları rəğbətlə qarşılanıb. Balacalar arasında viktorina keçirilib, qaliblər mükafatlandırılıb. Həmçinin kitabsevərlər arasında tədqiqat xarakterli “Bilmək istəyirik ki...” adlı rəy sorğusu keçirilib.
Qeyd edək ki, Hacıqabul, Saatlı, Beyləqan və İmişli rayonlarını əhatə edən səyyar sərgi noyabrın 8-də başa çatacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar