Xəbər verdiyimiz kimi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə 4-8 noyabr tarixində “Uşaq kitab karvanı - Şirvan yolunda” adlı səyyar kitab sərgisi keçirib.

Kitabxanadan verilən məlumata görə, ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın Tədbirlər Planına əsasən üçüncü ildir ki, regionlarda uşaq və yeniyetmələr üçün səyyar kitab sərgiləri təşkil edilir. 2011-ci ildə müstəqilliyimizin 20 illiyinə həsr olunmuş “Kitab karvanı: uşaq kitabları İpək Yolu ilə” adlı ilk tədbir Goranboy, Gəncə, Şəmkir, Ağstafa, Tovuz, Qazax rayonlarını, 2012-ci ildə “Uşaq kitab karvanı - Cənub bölgəsində” adlı tədbir Cəlilabad, Masallı, Astara, Lerik, Yardımlı rayonlarını əhatə edib. Ulu öndər Heydər Əliyevin 90 illiyi ilə əlaqədar təşkil olunan budəfəki səyyar sərgi isə Şirvan şəhəri, Hacıqabul, Saatlı, Beyləqan və İmişli rayonlarında gerçəkləşib.
Artıq ənənə halını almış tədbirin əsas məqsədi respublikanın şəhər və rayon mərkəzi kitabxana sistemlərində və filiallarda uşaq ədəbiyyatının azlığını nəzərə alaraq, səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına marağı yüksəltmək, kitabxanaları yeni nəşrlərlə təmin etməkdir. Budəfəki kitab karvanı da sözügedən şəhər və rayonlarda təkcə uşaqların deyil, bütün ictimaiyyətin geniş marağına səbəb olub.
Səyyar sərgilər noyabrın 4-də Şirvan şəhərində, ayın 5-də Hacıqabul, 6-da Saatlı, 7-də İmişli, 8-də Beyləqan rayon mərkəzlərində keçirilib. Tədbirlərdə Şirvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Əziz Abbasov, MKS-nin direktori İltifat Nəbiyev, Hacıqabul Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elnur Əmiraslanov, Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Reyhan Ocaqova, MKS-nin direktoru Sakit Bağırov, İmişli Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Süleyman Bəşirov, MKS-nin direktoru Lətifə Məmmədova, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Mirzəyev, ictimaiyyət nümayəndələri, mədəniyyət işçiləri, müəllimlər, orta məktəb şagirdləri və məktəbəqədər müəssisələrin uşaqları iştirak edib.
Uşaq və yeniyetmələrlə görüşlərə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, uşaqların sevimli şairi İlyas Tapdıq, yazıçı-publisist, “Əkil-bəkil”lə uşaqların ürəyinə yol tapan Qəşəm İsabəyli, “Tumurcuq” uşaq qəzetinin redaktoru Səməd Məlikzadə, tanınmış yazar, Beynəlxalq Uşaq Kitabı Şurasının gələn il keçiriləcək H.X.Andersen adına müsabiqəsinin iştirakçısı Sevinc Nuruqızı, şirin, məzəli, yaddaqalan şeirləri ilə daim uşaqların əhatəsində olan Ələmdar Quluzadə, “Sehrli dünya” jurnalının redaktoru, yazıçı Gülzar İbrahimova gəlmişdi.
Kitab karvanının keçdiyi hər bölgədə MKS-lərin uşaq şöbələrinə 750 kitab hədiyyə edilib. Hədiyyə olunan nəşrlərin kənd kitabxanaları aralarında bölüşdürülərək il ərzində səyyar xidmətlə uşaqların mütaliəsinə verilməsi nəzərdə tutulur. Hər kitab bağlamasında nəşriyyatların, yazıçıların da hədiyyəsi olmaqla, son illərdə çapdan çıxmış uşaq ədəbiyyatı nümunələri toplanmışdı. Kiçik yaşlı uşaqlar arasında “Tap görüm” adlı viktorina, “Mütaliə və müasir kitabxana” adlı rəy sorğusu keçirilib. Musiqi və rəqslər tədbirlərə əlavə rəng qatıb. Ümumilikdə beş bölgə üzrə təxminən 2500 uşaq və yeniyetmə sərgilərdə iştirak edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar